Meksika-ABŞ sərhədində 11 nəfərin meyiti tapılıb
Meksikanın ABŞ ilə sərhədyanı bölgədə yerləşən Çiuaua ştatının Oxinaqa şəhərində 2-si başı kəsilmiş 11 nəfərin meyiti tapılıb. Bu barədə ştatın baş prokuroru Sezar Xaureqi Moreno bildirib. “11 cəsəd atıblar, onlardan 2-sinin başı kəsilib. Onların yanında “La-Liniya” [cinayətkar qruplaşması] tərəfindən imzalanmış məktub var idi ki, orada ölənlərin xain olduğu deyilirdi”, – nəşr prokurorun sözlərindən sitat gətirib.
Məlumata görə, meyitlərin tapıldığı ərazi Texasla həmsərhəd olan bu bölgə üzərində nəzarət uğrunda cinayətkar qruplaşmalar arasında mübarizə zonasıdır.
Mətləb