Dekabrın 14- də Gürcüstanın taleyini həll edəcəklər- Ermənistan həsrətlə gözləyir....
Avropa komissiyası Ukrayna və Moldovanın Avropa Birliyi üzvlüyünə qəbul danışıqlarının başlanması və Gürcüstana birlik üzvlüyünə namizəd statusu verilməsi təşəbbüsü ilə Avropa Birliyinə müraciət edib.
Dekabrın 12- də Birlik üzvü olan ölkələrin XİN başçıları məsələni müzakirə edəcək, dekabrln 14- 15 -də isə üzv ölkələrin dövlət başçılarının zirvəsində yekun qərar veriləcək.Məlumatlara görə bir qədər əvvəl üzvlüyə namizəd ststusu almaq üçün Gürcüstana icrası zəruri 12 prioritet verilib.Qanunun aliliyi, demokratiya, insan haqları, vətəndaş fəallığı, korrupsiya ilə mübarizə,demokratik seçkilər və sair bu sıraya daxildir .Hazırda ölkə 12- dən cəmi 3- nü icra edib.Buna baxmayaraq məhz Ukraynada vəziyyətin gərginləşdiyini görən Avropa daha sürətli addım atmaq qərarına gəlib.
Beləliklə, dekabrın 15- də Gürcüstanın taleyinə qərar veriləcək.Bunu Ermənistanda da diqqətlə izləyirlər.Paşinyanın açıq Avropayönlü kurs götürməsi faktdır və ölkənin siyasi elitası Avropanın Ermənistanla da bağlı sürətli qərar verə biləcəyinə ümid edir.
Ancaq Ukraynanı, Moldovanı və Gürcüstanı üzvlüklə bağlı hansı yolun gözlədiyi hələ məlum deyil.Qardaş Türkiyə üzvlüyə namizəd statusunda 1987 - ci ildən, Şimali Makedoniya isə 2004- cü ildən " qapılar arxasında " gözləyir...
Tahir Tağıyev