Bu ölkədə qasırğada ölənlərin sayı 220 nəfəri ötdü
Myanmada “Yagi” qasırğasının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 226 nəfərə çatıb. Xarici KİV-lərin yazdığına görə, təbii fəlakət nəticəsində 77 nəfər itkin düşüb.
Ümumilikdə ölkənin mərkəzi hissəsində, eləcə də şərq və şimal-şərqində yerləşən 56 yaşayış məntəqəsini su basıb, 320 mindən çox insan təhlükəli ərazilərdən təxliyə edilib.
Mətləb Salahov