Türkiyə XİN Azərbaycanı təbrik etdi
Türkiyə Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad edilməsinin 106-cı ildönümü ilə bağlı paylaşım edib.
"Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü münasibəti ilə azərbaycanlı qardaş və bacılarımızı təbrik edirik.
Müstəqillik uğrunda şəhid olan bütün şəhidlərimizi ehtiram və rəhmətlə yad edirik", - deyə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabındakı paylaşımda bildirilib.
ZÜMRÜD