KÖHNƏ VERSİYA            

Qərbin növbəti addımı Ukraynada sülh ümidlərinin üzərindən xətt çəkdi...

Image

ABŞ Ukraynanın Amerika uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərini vurmasına məhdudiyyətlərin ləğvi üzərində işləyir. Bunu prezident Co Bayden jurnalistlərlə söhbətində deyib.

Vaşinqton Kiyevin belə silahlardan istifadəsinə məhdudiyyətləri qaldıra bilərmi? Ağ Evi tərk etmək üzrə olan Bayden bu xüsusda deyib: “Hazırda bunun üzərində işləyirik”. Dövlət katibi Entoni Blinken bundan öncə təsdiqləmişdi ki, ölkəsi Ukraynanın Rusiyaya zərbələrdə uzaqmənzilli Qərb silahlarından istifadəsi üzrə danışıqlar aparacaq: “Biz Ukraynanın uzaq mənzilli raketlərdən istifadəyə məhdudiyyətləri qaldırmaqla bağlı xahişini nəzərdən keçirəcək, onu dinləyəcəyik”. Hesab edilir ki, Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqalrının aktuallaşdığı bir vaxtda ABŞ və digər Qərb ölkələrinin bu addımı savaş daha qanlı mərhələyə daxil edəcək. Bunlar   fonunda “Axios” nəşri yazır ki, ABŞ yaxın gələcəkdə Ukrayna ordusuna Rusiyaya zərbələrdə ATACMS uzaqvuran raketlərdən istifadəsinə icazə verəcək. Məlumata görə, dövlət katibi Blinken Kiyevə səfəri zamanı bunu bəyan edəcək. “The Times” qəzeti də Britaniya hökumətindəki mənbələrə istinadla yazıb ki, ABŞ yaxın həftələrdə Ukraynaya Rusiyanın ərazisinin dərinliklərini vurmağa icazə verə bilər. Qəzetin yazdığına görə, BMT-nin Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində dövlət başçıları və nazirlərin görüşü öncəsi Vaşinqtonun mövqeyi dəyişə bilər. “Politico” isə qeyd edib ki, Ukrayna ABŞ-a məhdudiyyətlərin qaldırılacağı halda, Rusiya ərazisində vurmağı planlaşdırdığı obyektlərin siyahısını Vaşinqtona təqdim etmək istəyir. ABŞ iyunda Ukraynaya Rusiya ilə sərhəd boyunca Amerika silahlarından istifadəyə icazə verib. Ancaq Ağ ev hələ də ehtiyat edir ki, uzaqmənzilli silahlarla Rusiyaya zərbələrin Kremli daha aqressiv hərəkətlərə sövq edər. Mayda Rusiya Ukraynanın Xarkov vilayətinə hücum edəndə Vaşinqton Kiyevə Amerika silahları ilə Rusiya ərazisini vurmağa icazə verib. Amma ATACMS raketlərindən istifadəyə qadağa götürülməyib. Indi vəziyyət dəyişir. Burada daha bir məsələ Rusiyanın İrandan raket alması ilə bağlıdır. Məsələ ilə bağlı “Forbes” nəşri qeyd edir ki, sentyabrın əvvəlində Rusiya Ukraynanı bombalamasını gücləndirmək üçün İrandan 200 “Fəth-360” raketinin ilk partiyasını alıb. Ancaq nəşrin yazdığına görə, bu tədarüklər Rusiyanın özünə qarşı yönələ bilər, çünki Ukraynanın zərbə kampaniyasında ciddi dəyişikliklərə səbəb ola bilər: “Fəth-360” müqaviləsinin Rusiyaya qarşı işləmə ehtimalı yüksəkdir. Bu, indiyə qədər ukraynalıların Rusiyadakı hədəflərə ən yaxşı Amerika və Avropa sursatlarını atmasına mane olan Ukraynanın müttəfiqləri üçün son damla ola bilər.İran raketlərinin sayının isə Rusiyada vəziyyətin dəyişə biləcəyinə dair ümidləri artıtır”.

Qeyd edək ki, “Fəth-360”, iki, üç, dörd və ya altı dəstdə yük maşınında daşınan peyklə idarə olunan ballistik raketdir. Onun çəkisi və diapazonu onu cəbhə xəttində istifadə etmək və ya cəbhəyə yaxın şəhərləri bombalamaq üçün faydalı edir. Ukraynalı müşahidəçi Aleksandr Kovalenko proqnozlaşdırıb ki, Rusiya bu raketlərdən sərhəd zonasını, xüsusən də Sumi və Xarkov vilayətlərini terror etmək üçün istifadə edəcək: “Bütün bunlar deməyə əsas verir ki, “Fəth-360” möcüzə silahı deyil və əgər nəzərə alsanız ki, Rusiya Ukrayna şəhərlərinə orta hesabla 300-dən çox raket buraxır, o zaman ilk 200 “Fəth-360” durumu əhəmiyyətli dərəcədə dəyişmək üçün çox kiçik rəqəmdir. Müharibə trayektoriyasını nəzərə alsaq ki, Ukrayna hava hücumundan müdafiə sistemləri adətən daxil olan raketlərin dörddə birini ələ keçirir”. “Forbes” yazır ki, ruslar iranlılarla müttəfiqliklərinə görə peşman ola bilərlər, çünki Rusiya-İran raket ittifaqı nəhayət, Qərb liderlərini Ukraynaya ATACMS və Britaniya istehsalı olan “Storm Shadow” qanadlı raketlərindən Rusiyanın dərinliklərindəki hədəflərə qarşı istifadə etməyə icazə verməyə inandıra bilər. Artıq ABŞ dövlət katibi Entoni Blinken etiraf etdi ki, “Fəth-360”ın gəlişi ən azı məhdudiyyətlərin aradan qaldılmasına haqq qazandırır. Və o, ukraynalıların arqumentlərini qəbul edəcəyinə söz verib. ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, İran və Rusiya 2023-cü ilin sonuna qədər yüzlərlə raketin tədarükünə dair müqavilə imzalayıb. Rusiya hərbçiləri yayda raket təlimləri keçiriblər. Ukraynalı ekspert Aleksandr Musienkonun qeyd etdiyi kimi, İran raketlərini hava hücumundan müdafiə sistemləri ilə vurmaq çətindir: “Bununla belə, siz onlarla başqa yolla mübarizə apara bilərsiniz. Rusiya ərazisində onların  saxlama anbarlarını və işəsalma qurğularını məhv etməklə mübarizə aparmaq imkanınınz var”. Bu arada Fransa, Almaniya və Böyük Britaniya hökumətləri birgə bəyanat yayaraq, İranın Rusiyaya ballistik raketlər ixrac etməsini kəskin şəkildə qınayıb.

Bəyanatda silah tədarükünün Avropanın təhlükəsizliyinə təhdid olduğu bildirilib: “İranın Rusiyaya hərbi dəstəyinin artması İran raketlərinin Avropa torpaqlarına çatmasına, Ukrayna xalqının əzablarını artırmasına səbəb olacaq. Bu addım həm İranın, həm də Rusiyanın gərginliyi artırdığını göstərir və Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir”. 

Tahir TAĞIYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031