KÖHNƏ VERSİYA            

Harrislə Trampın ilk debatında inanılmaz ittihamlar yağdı

Image

ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp noyabr səsverməsindən əvvəl ilk və bəlkə də yeganə seçkiqabağı teledebatlarını “ABC News” telekanalında canlı yayımda keçiriblər. Debat seçkilərə iki aydan az qalmış baş tutub. 

Debat səhnəsində Harris və Tramp üçün qaydalar iyun ayında Trampla Bayden arasında keçirilən debatla eyni olub. Həmin debatda Bayden zəif performans sərgiləmişdi və bu da onun rəy sorğularında Trampdan geri qalmasından sonra namizədliyini geri çəkməsinə gətirib çıxarmışdı. Bu dəfə də bir namizəd danışarkən digərinin mikrofonu söndürülmüşdü və onların bir-birinə sual ünvanlamalarına icazə verilmirdi. Bununla belə, onlar bir-birinin sözünü kəsməyə cəhd ediblər. Bu, prezidentliyə namizəd olaraq Harrisin ilk debatı, Trampın isə 2016-cı ildən bəri üç seçki kampaniyası zamanı iştirak etdiyi yeddinci debatı olub. Kamala Harrislə Donald Tramp bu debata qədər heç vaxt görüşməmişdilər, ancaq onlar ilk görüşdəcədərhal mübahisəyə başlayıblar. Belə ki, iki namizəd debatın başlanğıcında əl sıxışaraq, Filadelfiyada yerləşən Milli Konstitusiya Mərkəzindəki səhnədə öz yerlərinə keçib, ardınca da bir-birini tənqid atəşinə tutmağa başlayıb. Onlar ABŞ iqtisadiyyatı, Amerika qadınlarının abort hüquqları, ABŞ-ın Meksika ilə sərhədində immiqrasiya, İsrailin Qəzzada HƏMAS militantlarına qarşı müharibəsi, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və 2021-ci il yanvarın 6-da Konqres Trampın 2020-ci il seçkisindəki məğlub olduğunu təsdiqlədiyi zaman ABŞ Kapitolisindəki iğtişaşla bağlı mübahisə ediblər. Müzakirənin birinci hissəsi iqtisadiyyata yönəldilib. Sözügedən telekanalın  aparıcısı Devid Muir debat tərəflərinə belə bir sual ünvanlayıb: “Amerikalıların dörd il əvvəlkindən daha yaxşı vəziyyətdə olduğuna inanırsınız?”. Suala öncə Harris cavab verib və “fürsət iqtisadiyyatı" qurmağı planlaşdırdığını söyləyib. O, mənzil xərcləri problemini həll edəcəyinə, gənc ailələrə və kiçik biznesə kömək edəcəyinə söz verib. Tramp isə deyib ki, Demokratlar dörd il ərzində iqtisadiyyatı məhv ediblər və Harris sadəcə olaraq Co Baydenin iqtisadi proqramını kopyalayıb. Harris cavab olaraq bildirib: “Donald Tramp bizi “Böyük Depressiya”dan bəri ən pis işsizliklə üzləşdirdi. Demokratların etdiyi tək şey Donald Trampın yaratdığı qarışıqlığı təmizləməkdir”. 

Namizədlər bir neçə dəfə bir-birini yalan danışmaqda ittiham ediblər. Müzakirənin əvvəlində Harris deyib ki, tamaşaçılar Trampdan çoxlu yalanlar, şikayətlər və adlar eşidəcəklər. Tramp isə Harrisi “marksist” adlandırıb və onun işini Stenford Universitetinin keçmiş iqtisadçısı olan atasının işi ilə əlaqələndirməyə cəhd edib: “Əgər o, nə vaxtsa seçilərsə, hər şeyi dəyişəcək. Və bu, ölkəmizin sonu olacaq. O, marksistdir, onun marksist olduğunu hamı bilir. Onun atası marksist iqtisad professorudur və o, ona yaxşı dərs verib”. Harris Trampa müraciət edərkən və onun sözlərini şərh edərkən bir neçə dəfə “utanc” sözünü işlədib: “Dünya liderləri Donald Trampa gülürlər. Mən hərbi rəhbərlərlə danışmışam, onlardan bəziləri sizinlə işləyirdi və onlar deyirlər ki, sən biabırçısan”. Trampın 2020-ci ildə Prezident Co Baydenə məğlub olduğu seçkiyə istinad edən Harris dedi ki, “Donald 81 milyon insan tərəfindən uzaqlaşdırılıb. O bunu qəbul etməkdə çox çətinlik çəkir”. Tramp bu yaxınlarda seçkidə cüzi fərqlə uduzduğunu deyib, ancaq debat səhnəsində bunun istehza ilə söylənmiş bir ifadə olduğunu bildirib və 2020-ci il seçkisinin nəticəsinin legitimliyini etiraf etməkdən imtina edib.

Reklam fasiləsindən sonra söhbət Ukraynadakı müharibəyə keçib. Tramp deyib ki, müharibə bitməlidir və o, buna nail ola bilər. O, bunu vəzifəyə başlamazdan əvvəl də etmək niyyətində olduğunu bir daha vurğulayıb. Onun sözlərinə görə, Vladimir Putin və Vladimir Zelenskini yaxşı tanıyır və ona hörmət edirlər: “Onlar mənə hörmət edirlər və Baydenə hörmət etmirlər. Niyə ona hörmət etsinlər ki?”. Harris cavab olaraq Trampa seçkidə Baydenlə deyil, onunla mübarizə apardığını xatırladıb: “NATO müttəfiqlərimiz sizin artıq prezident olmadığınız üçün çox minnətdardırlar. Əgər Donald Tramp prezident olsaydı, Putin hazırda Kiyevdə oturub Polşadan başlayaraq Avropanın qalan hissəsinə baxardı. Putin naharda sizi  yeyəcək bir diktatordur”. 

Tramp Harrisi “tarixin ən pis vitse-prezidenti” adlandırıb və onun vitse-prezident olduğu müddətdə müharibənin qarşısını ala bilmədiyini deyib. Bunlarla yanaşı, 

Tramp ABŞ-da körpə doğulduqdan sonra abort etməyin qanuni olduğu ştatların olduğunu söyləyib, amma bu iddia debat aparıcısı tərəfindən təkzib edilib. Trampın abortu qadağan edən qanun layihəsinə veto qoymayacağı ilə bağlı suala keçmiş prezident deyib ki, belə bir qanun Konqresin dəstəyini almayacaq, çünki bunu müzakirə etməyin mənası yoxdur. Harris ştatlar öz abort məhdudiyyətlərini tətbiq etməyə başlayandan bəri qadınların qarşılaşdıqları çətinliklərə istinad edərək, abort üçün konstitusiya hüququnun qaytarılmasını müdafiə edib. O, Trampın abort siyasətinin amerikalı qadınları incitdiyini deyib. Miqrasiya ilə bağlı sualı cavablandıran Tramp, bəzi respublikaçıların son günlərdə ABŞ-da miqrantların ev heyvanlarını yediyinə dair sui-qəsd nəzəriyyəsini təkrarlayıb. Aparıcılar Trampın Ohayo ştatının Springfild şəhərində haqqında danışdığı şəhərin menecerinin söz-söhbəti təkzib etdiyini xatırladıblar.  Bu, eks-prezidentdə aşkar qıcıq yaradıb. Kaliforniyanın keçmiş baş prokuroru Harris, “miqrant cinayətləri” ilə bağlı şərhlərinə cavab olaraq Trampın cinayət tarixi ilə bağlı suallar qaldırıb: “Bu, milli təhlükəsizlik cinayətlərinə, iqtisadi cinayətlərə, seçkilərə müdaxiləyə görə mühakimə olunan şəxsdən gəlir”. Tramp cavabında bildirib ki, ona qarşı işlərin hamısı saxtadır. İsrailin HƏMAS-a qarşı müharibəsi barədə Harris əvvəlki açıqlamalarından bəzilərini təkrarlayaraq deyib ki, İsrailin özünümüdafiə hüququ var, lakin bunun necə olması vacibdir: “Bu müharibə bitməlidir. Buna dərhal son qoyulmalıdır". Tramp deyib ki, o, prezident olsaydı, münaqişə heç vaxt başlamazdı: “Harris   İsrailə nifrət edir. Əgər o, prezident olarsa, iki ildən sonra İsrailin mövcudluğunu dayandıracağına inanıram”. Yekun nitqində Harris avqust ayında Demokratik Milli Konvensiyadakı çıxışında dediklərini təkrarlayıb: “Biz geri dönməyəcəyik”. O, bir daha bütün amerikalılar üçün prezident olacağını söyləyib. Harris deyib ki, o və Trampın Amerikaya fərqli baxışları var. Tramp yekun nitqində Harrisə yenidən hücum edib, onun siyasi gündəminin heç bir mənası olmadığını və onun vitse-prezident olduğu dörd il ərzində heç bir şey etmədiyini deyib: "Amerikalıların inanmadığı şeylərə inanırsınız. Biz ciddi tənəzzüldə olan ölkəyik. Bütün dünyada bizə gülürlər”. Son rəy sorğuları iki namizədə dəstəyin bir-birinə çox yaxın olduğunu göstərir ki, bu da debatın əhəmiyyətini artırır və hər iki namizədin hələ də, qərarsız olan seçiciləri cəlb etmək üçün əllərindən gələni etmələrini vacib edir. “New York Times”-Siena Kollecinin yaydığı rəy sorğusunun nəticələri göstərir ki, Tramp ölkə boyu 48-47 faiz nisbəti ilə Harrisdən öncə gedir. Bununla belə Harrisin üç mühüm ştat olan Viskonsin, Miçiqan və Pensilvaniyada cüzi fərqlə öndə olduğu bildirilir. Digər dörd mühüm ştatda – Arizona, Corciya, Nevada və Şimali Karolinada iki namizədə dəstək bərabərdir. Bu yeddi ştatın seçkinin nəticələrinin müəyyən edilməsində böyük rol oynayacağı gözlənilir, çünki ABŞ-da prezident və vitse-prezident xalq səsverməsi ilə seçilmir. Burada 50 ştatda ayrı-ayrı keçirilən səsvermədə, iki ştat istisna olmaqla bütün ştatlarda ən çox səsi qazanan namizədin elektorları Seçicilər Kollegiyasında bütün səsləri ya Harris və onun vitseprezidentliyə namizədi olan Minnesota qubernatoru Tim Valz, ya da Tramp və onun vitse-prezidentliyə namizədi, Ohayo senatoru JD Vansa verəcək. Hər bir ştatın Seçicilər Kollegiyasındakı səsinin sayı ştatın əhalisinə nisbətən müəyyən olunur. Bu isə o deməkdir ki, ən çox əhalisi olan ştatlar ən çox səsə malikdir.

Nahid SALAYEV







VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Stano açıq şəkildə Ermənistanın sülhə mane olmaq siyasətini dəstəklədi... - VİDEO

Azərbaycandan xaricə ixracın tam dəyəri ölkəyə niyə qayıtmır? - Qeyri-şəffaf səhifələr...

Azərbaycanda erməni əlifbası çap edildi - mühüm yenilik...

Separatçı erməni canilər barədə yeni məhkəmə qərarı İrəvanda şou ilə qarşılandı...

SON XƏBƏRLƏR

15.10.2024 | 12:16
Yunus Oğuz Özbəkistanda keçiriləcək "Mədəniyyət və incəsənət sahəsində islahatlar” Beynəlxalq Forumunda iştirak edəcək

15.10.2024 | 12:00
Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçiriləcək

15.10.2024 | 11:43
Varşavada “Qərbi Azərbaycan - yaddaşlarımızda” adlı sərginin açılışı olub

15.10.2024 | 11:20
2 vəkilin fəaliyyətinin xitamı üçün məhkəməyə müraciət ediləcək - Vəkillər Kollegiyası

15.10.2024 | 11:10
UEFA Millətlər Liqası: bu gün IV tura yekun vurulacaq

15.10.2024 | 11:06
Böyük Britaniyadan ŞOK qərar - Gürcüstanla dialoq donduruldu

15.10.2024 | 11:00
"Bu, Martinikdəki müstəmləkə sisteminin dözülməz təzahürüdür" - BƏYANAT

15.10.2024 | 10:30
Kürdəxanıda "Mercedes" 2 piyadanı vurub, biri vəfat edib

15.10.2024 | 10:20
Rusiyanın Azərbaycana qida təhlükəsizliyi ilə bağlı yanaşmaları açıqlandı

15.10.2024 | 10:15
Almaniyadan qərar - bu təşkilata 360 milyon avro ayıracaq

15.10.2024 | 10:10
İki Kollecə direktor müavinləri təyin olunub

15.10.2024 | 10:06
Biləsuvarda bədbəxt hadisə - qadın yanaraq ölüb...

15.10.2024 | 10:00
Peru mediası Azərbaycanın zəngin mədəniyyəti barədə yazır

15.10.2024 | 09:53
Kanadadan sərt addım - Hindistanın 6 diplomatını ərazisindən çıxaracaq

15.10.2024 | 09:27
Ərdoğandan Azərbaycan açıqlaması - "Bu yardımı heç vaxt unutmayacaqıq"

15.10.2024 | 09:23
Özəl pensiya fondlarının uğurlu olacağına şübhələr var...

15.10.2024 | 09:21
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun qərargahında olub

15.10.2024 | 09:11
Türkiyə millisindən İslandiyada möhtəşəm qələbə!

15.10.2024 | 09:07
Ermənıstan yaxınlarda 10 noyabr 2020- ci il bəyanatındakı imzadan imtina edəcək...

15.10.2024 | 09:00
Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib

15.10.2024 | 08:40
TƏBİB-də, demək olar hər gün kadr dəyişikliyi olur - bəs nəticə?...

15.10.2024 | 00:23
Sahibə Qafarova Bakıdan düzgün təlimat aldı…

14.10.2024 | 21:16
Dünya iqtisadiyyatını neft-qaza görə qiymət şoku gözləyir...

14.10.2024 | 21:01
İsrailli nazirin azı 7 dövlətə qarşı açıq ərazi iddiası qulaqardına vurulur...

14.10.2024 | 20:46
Hollandiya müstəmləkə tarixinin bu biabırçı faktlarını gizlədə bilməz...

14.10.2024 | 20:32
Ermənistan prezidenti Orta Asiya türk dövlətlərində nə axtarır - Türkmənistan, ardınca Qazaxıstan...

14.10.2024 | 20:18
İrəvanın rus dilinə basqıları Moskvanı hərəkətə gətirdi - ümid "sərgiyə" qaldı...

14.10.2024 | 20:05
Paşinyan Ermənistanı regional “cındıra” çevirir - bunu ermənilər özləri bəyan etdi...

14.10.2024 | 19:52
Azərbaycandan fındıq ixracı az qala 4 min ton azalıb - niyə?

14.10.2024 | 19:48
Mundialda 4 həmyerlimiz fəxri kürsüyə qalxıb

14.10.2024 | 19:45
"Ümid" və "Alpman" taekvondo klublarının təşkil etdiyi açıq birincilik başa çatıb

14.10.2024 | 19:35
Gürcüstan ABŞ və Avropanın gözündə "badamgözlü idi, indi oldu kor Fatmanisə"...

14.10.2024 | 19:23
İlham Əliyev Prezident seçilən gün Seyid Həsən demişdi ki...

14.10.2024 | 19:09
Azərbaycandan xaricə ixracın tam dəyəri ölkəyə niyə qayıtmır? - Qeyri-şəffaf səhifələr...

14.10.2024 | 18:56
Gürcüstan parlament seçkiləri ən mürəkkəb geosiyasi döyüş səhnəsi olacaq - 26 oktyabr...

14.10.2024 | 18:43
Qərbin Azərbaycanda “insan haqları” adı altında təxribat layihələri bu səbəbdən iflasa uğrayır...

14.10.2024 | 18:29
Almaniya Ermənistanla hərbi razılaşma imzaladı...

14.10.2024 | 18:16
Azərbaycanda erməni əlifbası çap edildi - mühüm yenilik...

14.10.2024 | 18:03
Ailə başçısını itirməyə görə peansiya, müavinət - 185 min nəfərdən çox

14.10.2024 | 18:00
Yazıçı Vaqif Sultanlının "Səhra savaşı" romanı yenidən yayınlandı

14.10.2024 | 17:57
Prezident İlham Əliyev: “Binokl diplomatiyası” qəbuledilməzdir"

14.10.2024 | 17:55
Prezident Əliyev Ermənistanın sülh sazişinin razılaşdırılmış müddəalarının imzalanması təklifini reallıqdan kənar adlandırdı

14.10.2024 | 17:51
Laçın və Şuşada 400-dən çox vakant iş yeri açıldı...

14.10.2024 | 17:39
Separatçı erməni canilər barədə yeni məhkəmə qərarı İrəvanda şou ilə qarşılandı...

14.10.2024 | 17:26
Türkmənistan Azərbaycanla sıx təmaslardan və türk inteqrasiyasından yayınır...

14.10.2024 | 17:17
Hərbi hissədə tapşırıq adı altında 1 milyon 558 manat ödəniş edilib - MN-dəki mənimsəmə işi

14.10.2024 | 17:06
Əliyevin "COP atəşkəsi" təşəbbüsünü dəstəkləyən dövlətlərin sayı xeyli artacaq...

14.10.2024 | 16:53
Səfərbərlik Xidmətinin vəzifəli şəxsləri və əməkdaşları barəsində 3 cinayət işi başlandı...

14.10.2024 | 16:44
Çağırışdan yayınan 448 nəfər hərbi xidmətə göndəriləcək

14.10.2024 | 16:30
XİN beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna göz yummamağa çağırdı...

14.10.2024 | 16:17
Pezeşkian Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı hökmün icrasından danışdı

14.10.2024 | 16:08
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - FOTO

14.10.2024 | 16:04
ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində tədbir keçirilib

14.10.2024 | 15:45
"Maxim" taksi şirkəti 20 min manat cərimələndi...

14.10.2024 | 15:30
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verildi

14.10.2024 | 15:24
Hərbi Hava Qüvvələrinin təlimlərindən görüntülər - FOTO/VİDEO

14.10.2024 | 15:20
Prezident bir sıra məhkəmələrə sədrlər və müavinlər təyin etdi

14.10.2024 | 15:06
Sabirabadda vətəndaşın 135 min manatını ələ keçirən dələduz yaxalandı

14.10.2024 | 14:49
Xəzərdə 330 minlik qaçaq siqaret tutuldu

14.10.2024 | 14:21
Tramp “daxili düşmənlərə” qarşı ordudan istifadəni təklif etdi...

14.10.2024 | 14:05
Ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən daha bir nəfər saxlandı

14.10.2024 | 14:02
Bizə hansı vacibdir: cərimələri artırmaq, yoxsa düşüncəmizi dəyişmək?

14.10.2024 | 13:50
Nömrəsiz maşın sürən Xaçmaz sakini Qaradağ postunda yaxalandı...

14.10.2024 | 13:28
Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailə üzvləri azad ərazilərə səfər ediblər

14.10.2024 | 13:17
23 yaşlı oğlan Quşçu Ayrım kəndində minaya düşdü

14.10.2024 | 13:04
Кадыров объявил кровную месть сенатору Керимову. Опять армянский след - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.10.2024 | 12:56
Prezident İlham Əliyev Qətərin yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO/YENİLƏNDİ

14.10.2024 | 12:55
Belçikanın yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

14.10.2024 | 12:44
Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə veriləcək...

14.10.2024 | 12:30
Bakı-Quba yolunda narkotikin təsiri altında olan motosikletçi saxlandı

14.10.2024 | 12:11
Prezident İlham Əliyev Danimarkanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

14.10.2024 | 12:07
Prezident Estoniyanın yeni səfirini qəbul etdi - FOTO/YENİLƏNDİ

14.10.2024 | 12:06
Qvardiola bu futbolçunu istəyir - 150 milyon təklif edirlər

14.10.2024 | 12:03
Prezident İlham Əliyev Beninin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

14.10.2024 | 12:00
489 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib

14.10.2024 | 11:30
Azərbaycan 2026-cı ildə cüdo üzrə Dünya Çempionatına ev sahibliyi edəcək

14.10.2024 | 11:15
Biləcəridə "KamAZ"ın vurduği piyada xəstəxanada öldü...

14.10.2024 | 11:10
Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac olunub - nazirdən PAYLAŞIM

14.10.2024 | 11:06
Azərbaycan yığması bu gün Slovakiya ilə qarşılaşacaq

14.10.2024 | 11:03
Ermənilər təşviş içində - Paşinyanın qəfil Moskva səfərinin səbəbləri... - CANLI

XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031