Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...
Türk Akademiyası Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəldiyini açıqlayıb. Qərargahı Astanada olan Türk Akademiyasından verilən açıqlamada, 9-11 sentyabr tarixlərində Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclasının keçirildiyi bildirilib.
Açıqlamada TDT-yə üzv ölkələrdən ibarət Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirak etdiyi iclasın uğurla başa çatdığı vurğulanıb və “İclasın əsas məqsədi 2015-ci ilin 1-ci ildönümü ilə bağlı işlərin yekunlaşdırılması olub. Bu sahədə əldə edilən məlumatlardan və komissiyanın 2 illik fəaliyyət təcrübəsindən yararlanaraq türk dilləri üçün ortaq əlifba layihəsi”. ifadələrdən istifadə edilmişdir.
Açıqlamada, ilk dəfə 1991-ci ildə elm adamları tərəfindən irəli sürülən latın əsaslı Ortaq Türk Əlifbası layihəsinin hərtərəfli nəzərdən keçirildiyi və komissiya üzvlərinin bu əlifba layihəsində hazırlanması gərəkən məsələlərlə bağlı lazımi qərarlar verdiyi vurğulanıb: “Bu fədakar işin nəticəsi olaraq 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi razılaşdırıldı. Təklif olunan əlifbadakı hər bir hərf türk dillərində olan müxtəlif fonemləri təmsil edir”.
Tahir TAĞIYEV