22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 11-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyi qeydə alınmış İlqar Məmmədovun müraciətinə baxılıb.
Bu barədə MSK üzvü Tofiq Həsənov bildirib.
İclasda 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 2, 14 və 20 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul olunub.
ZÜMRÜD