KÖHNƏ VERSİYA            

Nazir Əmrullayevin fikrinə alimlərin yanaşması - elmdə "ürəkaçmayan" nələr var...

Image

İlqar Orucov: “Azərbaycanda elmin vəziyyəti birmənalı olaraq ürəkaçan deyil, elm sahəsində xeyli problemlər var”

“Elmlə bağlı rəqəmlərə baxdıqda vəziyyətin nə yerdə olduğunu görə bilərik. Rəqəmlər heç də ürəkaçan deyil. Elmin inkişafı üçün onilliklər lazımdır”. Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Xaricdə yaşayan Azərbaycanlı Alimlərin Forumu”nda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda elmlə bağlı ən böyük problemlərdən biri ciddi bir tranformasiyadan keçməsidir: “Elm haqqında müzakirə aparmaq elmlə məşğul olmaqdan daha asandır. Müzakirələr hərəkətə keçmirsə, biz inkişaf görə bilmərik”.

Nazir çıxışında elmdə vəziyyətin ürəkaçan olmadığını deyib. Maraqlıdır, elmdə hansı problemlər var ki, vəziyyət ürəkaçan deyil? 

“Son illərdə elmi nüfuzdan salan alimlərimiz oldu, plagiatla məşğul olanlar, bu adlara layiq görülmək istəyən şəxslərə elmi işləri yazanlar da ortaya çıxdı” 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan elmində çoxsaylı problemlər var. Zaman-zaman bu problemlər açıqlanıb, səslənib. Elmin inkişafına mane olan problemlərin aradan qaldırılması ilə bağlı təkliflər səslənib: “Azərbaycanda elmin vəziyyəti birmənalı olaraq ürəkaçan deyil. Elm sahəsində xeyli problemlər var. Bir neçə il öncə Prezident İlham Əliyevin fərmanı ilə elmi müəssisələrin, xüsusilə elmi tədqiqat müəssisələri Elm və Təhsil Nazirliyinə verildi. Ancaq dəyişən heç nə yoxdur. Zamanla bu problem öz həllini tapacaq”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, xaricdə dövlət hesabına təhsil alan hər bir gənc Azərbaycan üçün çalışmalıdır: “Həmin gənclər Dövlət Neft Fondunun vəsaitləri hesabına xaricdə təhsil alırlar. Xalq, dövlət öz gəncinin oxumasına pul ayırır, onun oxumasını maliyyələşdirir və burdan o gənclər üçün bir öhdəlik, əslində onların üzərinə həm də dövlətin bir öhdəliyi qoyulur. Dövlətin onlardan gözləntiləri var. Dediyim kimi, elm sahəsində çoxlu problemlər var. Bu problemlər illərdir yığılıb və pik həddə çatıb. 2013-cu ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasi tənəzzül dövrü yaşamağa başladı. Belə ki, Akademiya görüntü xatekterli işlərlə məşğul olmağa başladı. Bu işlər Akademiyanıın sonunu gətirdi. Xatırladım ki, Akif Əlizadənin uğursuz  prezidentlik dövründən sonra Akademiya Ramiz Mehdiyevin zamanında siyasi oyun meydanına çevrildi. Bu isə elmə yaraşmayan münasibət idi”.

Ekspert hesab edir ki, universitetlərin tədqiqat sahəsi inkişaf etdirilməlidir. Nəzərə almaq lazımdır ki, tədqiqat böyük maliyyə tələb edir: “Vaxtilə elmi tədqiqat müəssisələrinin gəlir əldə etməsi deyəndə yalnız elmi institutların ərazilərinin icarəyə verilməsi başa düşülürdü. Bu yalnış təfəkkür idi. Bu təfəkkürlü insanların elmin başında durması elmin geridə qalması demək idi. Gözümün qabağında elə hadisələr baş verir ki, insan danışmağa utanır. Qısa müddətdə hansısa məmur üçün elmin qapıları açılırdı və onlar müdafiə edib, elmi dərəcələrə sahib olurdular. Bu yolverilməz idi. Elmdə saxta və yalançı himayəçilik mühiti mövcud idi. Bunun qarşısı mütləq alınmalıdır. Ədalətli yanaşma mütləqdir”.

Həmsöhbətimizin sözlərinə görə, elmlə məşğul olan insanların əməyinə differensial münasibət tətbiq olunmalıdır. Elmdə kifayət qədər plagiatlıq halı var: “Alim var ki, bir elmi məqaləni yazmağı, yekunlaşdırmağı illər çəkir. Ancaq elə də “alim” var ki, ayda 20 məqalə yazır. Əvvəlki illərdə elmi ad və dərəcələrin verilməsi ilə bağlı xeyli boşluqlar olub və aidiyyəti olmayan şəxslər bu vəziyyətdən sui-istifadə ediblər. Son illərdə elmi nüfuzdan salan alimlərimiz oldu. Plagiatla məşğul olanlar, bu adlara layiq görülmək istəyən şəxslərə elmi işləri yazanlar da ortaya çıxdı. Bu, elm deyil, başqa fəaliyyətdir. Elmi təqdiqatlar üçün münbit mühit yaradıla bilsə, biz bu sahədə yaşanan problemlərin xeyli hissəsini həll etmiş olacağıq. Elmi layihələrin maliyyələşməsi ilə bağlı kifayət qədər problemlər də var. Elmi müəssisələrdə sönük mühit var. Bu mühit onillərdir ki, formalaşıb. Həmin mühit aradan qalxmalıdır ki, elm sağlamlaşsın”.

Ekspert hesab edir ki, elmi tədqiqat müəssisələrinə yeni nəfəs gəlməlidir. 70-80 yaşlı insanlar elmi müəssisələrə rəhbərlik etmə gücündə deyillər: “Elə insanlar var ki, 30 ildir institut direktorudur. Həmin rəhbərlərin fəaliyyəti dövründə hansı uğurların əldə edilməsi araşdırılmalıdır. Bunlar mütləq şəkildə araşdırılmalıdır”. 

İ.Orucov son olaraq onu da əlavə etdi ki, Azərbaycanda elmə münasibət, dövlətin inkişafında elmin rolu düzgün müəyyənləşdirilib və elmin inkişafı üçün münbit şərait yaradılıb. Elmə göstərilən diqqət və qayğını əks etdirən məqamlar elm adamlarına bəllidir: “Dövlət başçısı hər zaman elm adamları ilə görüşündə, onlara müraciətində ölkənin inkişafında elmin rolunu hansı məqamda görmək istədiyini dilə gətirib.

Bu gün elmə gəlmək istəyən xeyli sayda gənclərimiz var. Dövlətimiz inkişaf edir, ölkənin iqtisadi potensialı xeyli dərəcədə güclənib, iqtisadi  imkanlar artıb. Elmə sərmayə qoyulacaq, gerçəkdən də elmin gələcəyi çox yaxşı olacaq. Elmin idarə edilməsi ilə bağlı yeni yanaşmalar tətbiq olunur. Elm və Təhsil Nazirliyi yaradılıb. AMEA-nın inkişafı ilə bağlı cənab Prezidentin çox yaxşı qərarları var. Hesab edirəm ki, bu gün akademiyaya rəhbərlik edən insanlar təmiz insanlardır. Yəqin ki, prosesin yaxşılığa doğru getməsində maraqlıdırlar. Elm və Təhsil Nazirliyi də bu işdə maraqlıdır. Ölkə başçısı ölkənin hərtərəfli inkişafında elmin rolunu düzgün qiymətləndirir. Həm də qalib ölkənin elmi də, orta və ali təhsili də çox yüksək səviyyədə olmalıdır. Bu baxımdan, doktoranturaya, elmi kadr hazırlığına münasibət tamamilə müasir standartlara uyğun olmalıdır”.

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031