Moskva vilayətinə dron hücumu olub, 9 yaşlı uşaq ölüb
Rusiyanın Moskva vilayətinin Ramenskoye rayonuna dron hücumu nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb. Bu barədə regionun qubernatoru Andrey Vorobyov teleqramda bildirib. “Gecə PUA-nın hücumu zamanı Ramenskoyedə yaşayış binalarına ziyan dəyib. Sportivnı döngəsində 11-12-ci mərtəbədəki mənzillər yanır <…> Hazırda yanğınsöndürənlər yanğını söndürürlər. Evin yanında təcili yardım briqadaları və reanimasiyalar növbə çəkir. Təəssüf ki, 9 yaşlı uşaq ölüb. <...> Bir nəfər xəsarət alıb”, – rusiyalı qubernator sosial şəbəkədə yazıb.
O əlavə edib ki, gecə saatlarında hava hücumundan müdafiə sistemləri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna rayonlarında 14 pilotsuz uçan aparatı vurub.
Mətləb Salahov