KÖHNƏ VERSİYA            

Rusiyanın Zəngəzur siyasəti Ermənistandan çox İranın yuxusuna haram qatıb...

Image

Rusiyanın Zəngəzur dəhlizinin açılmasında artıq israrlı mövqe nümayiş tdirməsi təkcə Ermənistanda yox, İranda da ciddi əndişəyə səbəb olub. Hətta məlumdur ki, bu fonda Ermənistandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək marşruta görə Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında görüş keçirilib. 

Dəmirçilu Rusiyanın Tehrandakı səfiri ilə görüşündə davamlı sülhün təminatçısı və regional sülhün əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətdən danışıb.

O, İranın regionda sülh və sabitliyin bərqərar olmasını, region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsini dəstəklədiyini və regionun geosiyasi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə qarşı olduğunu vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın "Birinci Kanal"ına açıqlamasında deyib ki, baş nazir Paşinyan üçtərəfli razılaşmaları sabotaj edir: “Təəssüf ki, Ermənistanın Sünik bölgəsindən (Zəngəzur) keçən kommunikasiyalara gəlincə, altında baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məntiqinin nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır”. Bunlar fonunda İranın “Mashregh News” saytı yazıb ki, Rusiya ilə Ermənistan arasında münasibətlər pisləşməkdə davam edir. Sayt iddia edib ki, guya Rusiyanın nəzarətində olan Zəngəzur dəhlizinin açılması Moskvaya Ermənistan, Azərbaycan və Türk Dövlətləri Birliyinə qarşı böyük təsir rıçaqı verir: “Ukrayna cəbhəsində bütün Qərblə müharibə vəziyyətində olan Rusiya Cənubi Qafqazda imkanlarını çox məhdudlaşdırıb, ancaq Rusiya kimi böyük dövlət nə qədər zəif olsa da, Ermənistan kimi kiçik və gücsüz ölkəni həmişə cəzalandıra bilər. Ancaq proseslər çox sürətlə gedir və Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olması məsələsi dalana dirənib. Rusiya tələsir, çünki ABŞ və Qərb ölkələri öz müdafiə sistemlərini tədricən Ermənistanda yerləşdirirlər. Bu durumda  Ermənistana ilk zərbə Zəngəzurdan dəyəcək. Zəngəzurda qarşıdurma alovlanarsa, bölgə Azərbaycanın nəzarətinə keçəcək və Türkiyənin də Azərbaycanın yanında olacağı şübhəsizdir. Rusiya tərəfi bunu nəzərə alırmı, yoxsa Zəngəzurun Azərbaycanın nəzarətinə keçməsi Moskvanın marağındadır?  İlk baxışdan bu, Rusiyanın əleyhinədir, ancaq yaxından nəzər saldıqda, məsələ başqa cür görünür. Əgər Ermənistan Qərbin və NATO-nun əlinə düşsə, bu, Rusiya ilə açıq düşmənçilik elanı olacaq. Rusiya da onu cəzalandıracaq, Zəngəzurun itirilməsi isə İrəvan üçün ağır cəza olacaq. Belə ki, Ermənistan İranla əlaqəsini əldən verəcək, nəhayət NATO bazasına çevrilən Ermənistan hökumətinin ayaqda durmaq şansı qalmayacaq”. İranın İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan yarırəsmi “Təsnim” agentliyinin dərc etdiyi məqalədə də diqqət Rusiya xarici işlər naziri Sergey Lavrovun bugünlərdə Ermənistanı Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasının açılmasına dair Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmanı pozmaqda ittiham etməsinə yönəldilir: “Məlumatlı mənbələr bildirirlər ki, İranın Moskvadakı səfiri bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin Zəngəzur dəhlizi məsələsindəki mövqeyinə etiraz bildirib. İranda ekspertlər tövsiyə edirlər ki, Rusiya İranın Azərbaycanla Naxçıvanı Ermənistandan keçərək birləşdirəcək hər hansı dəhlizə qarşı olduğunu yadda saxlamalıdır. Rusiyalılar bu məsələdə İranın legitim, aydın və dəyişməz baxışlarından təəccüblənməməlidirlər”.

Məqalədə deyilir ki, Cənubi Qafqazda heç bir ölkə “başqalarının hesabına” geosiyasi mənfəət əldə etməməlidir: “Buna görə də Moskva Ermənistanla mübahisələrini həll etmək məqsədilə Zəngəzur dəhlizi məsələsindən istifadə etməməlidir”. Amma Rusiya rəsmiləri israr edirlər ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərinə görə, İrəvan Naxçıvan və Azərbaycan arasında Ermənistandan keçəcək nəqliyyat bağlarının təhlükəsizliyinə qarantiya verməlidir. Lakin Azərbaycan və Ermənistan bu məsələyə yanaşmada fərqli mövqe nümayiş etdirirlər. Bakı Naxçıvan və Azərbaycan arasında adamların və yüklərin gömrük və sərhəd yoxlamalarına məruz qalmadan keçidini istəyir. Ermənistan isə bildirir ki, onun ərazisindən keçən hər hansı nəqliyyat kommunikasiyası İrəvanın yurisdiksiyası altında olmalıdır. “Təsnim”in məqaləsində deyilir ki, dəhlizin buradan keçməsi İranı Ermənistanla sərhədindən və beləliklə də Avropaya çıxış yollarından məhrum edə bilər: “Rusiyaya tövsiyə edilib ki, Moskva və Tehran arasında strateji münasibətlərə ziyan vura biləcək addımlardan çəkinsin, çünki Zəngəzur dəhlizi İranın şimal-qərb sərhədində yeni münaqişə ocağı yarada blər”. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ötən həftə bildirmişdi ki, Moskva İranın narahatlıqlarından agahdır. Rusiya bundan əvvəl israr edirdi ki, onun istədiyi nəqliyyat əlaqələri Ermənistanın Zəngəzur üzərindəki suverenliyini pozmayacaq. Moskva israr edir ki, üçtərəfli bəyanatda dəhlizə Rusiya sərhədçilərinin nəzarət etməsi nəzərdə tutulub. Rusiya Paşinyanı onun özünün imzaladığı razılaşmanı pozmaqda ittiham edir. Bütün bu mübahisələrin davam etdiyi bir vaxtda Bakı və İrəvan bəyan etmişdilər ki, sülh müqaviləsinin imzalanmasına əngəl törədən dəhliz məsələsinin müqavilə layihəsindən çıxarılması barədə razılığa gəliblər. “Təsnim” bu barədə yazıb: “Vladimir Putinin bu yaxınlarda Bakıya səfərindən sonra yüksək vəzifəli Rusiya məmurları Cənubi Qafqaz regionunda nəqliyyat yollarının açılması zərurətinə dair bəyanatlar veriblər. Onların bu bəyanatlarının İranın bəyan edilmiş mövqeləri ilə ziddiyyət təşkil etməsi diqqətdən yayınmamalıdır”. Məqalədə bu da qeyd olunur ki, Rusiya XİN-in bəyanatı İranın gözləntilərinə cavab vermir. Məqalədə Rusiyanın Zəngəzur dəhlizi məsələsini niyə məhz indi qaldırmasından da təəccüb bildirilir. Deyilir ki, Moskvanın bu məsələni İran və Rusiyanın strateji partnyorluq barədə saziş imzalamağa hazırlaşdıqları bir vaxtda qaldırması təəccüb doğurur: “Belə bir təəssürat yaranır ki, Rusiya XİN, Rusiyanın Ermənistanla problemini bu xəyali Zəngəzur dəhlizindən istifadə ilə həll etməyə çalışmaqla səhvə yol verir. İran belə bir dəhlizin yaradılmasına yol verməyəcək”.

Nahid SALAYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031