"Gürcüstanda süni iğtişaş yaratmağa cəhd edənlər cəzalandırılacaq" - İrakli Kobaxidze
"Gürcüstanda istənilən süni iğtişaş yaratmağa cəhd edənlər ciddi şəkildə cəzalandırılacaq." Belə bir açıqlama ilə Gürcüstan Baş naziri İrakli Kobaxidze çıxış edib. Onun sözlərinə görə, radikal müxalifət seçkilərdən sonra ictimai ajiotaj yarada biləcək ssenarinin hazırlanmasını aktiv şəkildə müzakirə edir:
“Onlar dövlət institutlarına hücum etməyə, çevriliş etməyə cəhd edəcəklər. Müxalifət hakimiyyət dəyişikliyinə cəhd edəcək."- Baş nazir bildirib.
Mətləb Salahov