"ABŞ Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya icazə verməyəcək" - Ağ Ev
"ABŞ Ukrayna Silahlı Qüvvələrinə hələ də Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadəyə icazə verməyib." Bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer bildirib. Onun sözlərinə görə, ABŞ hakimiyyəti Ukrayna hərbçilərinin Rusiya ərazisinin dərinliklərindəki hədəflərə Amerika silahları ilə zərbələr endirməsinə qadağa qoymasına münasibətini dəyişməyib. O, Ağ Evin mövqeyinin dəyişməyəcəyini də vurğulayıb.
Mətləb Salahov