"Parlament seçkilərinin təşkilat səviyyəsi heyranedicidir" - Petar Kanev
Azərbaycanda parlament seçkilərinin təşkilat səviyyəsi heyranedicidir.
Bu barədə Trend-ə Bolqarıstan Respublikasının Parlamentində İqtisadi Siyasət və Turizm Komitəsinin sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) vitse-prezidenti Petar Kanev məlumat verib.
"Bu, buraya ilk səfərim deyil və hər dəfə Azərbaycanda təşkilat səviyyəsinin yüksəkliyindən təsirlənirəm. Bu gün 8 seçki məntəqəsini ziyarət etdik və seçicilərin iştirakının sabit olduğunu müşahidə etdik. Günün sonunda iştirakın yüksək olacağına əminəm. Gələcək parlament üzvlərinə və əlbəttə ki, bütün Azərbaycan xalqına uğurlar arzulayıram", - o qeyd edib.