Xankəndidə yaşayan erməni əsilli vətəndaşlar da seçkidə səs verəcək...
Parlament seçkilərində səsvermə hüququ olan Azərbaycan vətəndaşları üçün bütün şərait yaradılıb.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında Xankəndidə yaşayan erməni əsilli vətəndaşların seçkiyə cəlb olunub-olunmayacağı barədə sualı cavablandırarkən deyib.
O qeyd edib ki, səsvermə hüququ olan Azərbaycan vətəndaşları üçün bütün şərait yaradılıb. “Onun hansı millətdən olması əhəmiyyət kəsb etmir. Şəxsiyyət vəsiqəsini təqdim edən istənilən insan səs verə bilər. Səsvermə hüququ olan bütün vətəndaşlarımıza biz şərait yaratmışıq”.