"İrəvan Bakı ilə birbaşa danışıqlara üstünlük verir" - Paşinyan
İrəvan indiki mərhələdə Bakı ilə birbaşa danışıqlara üstünlük verir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.
O deyib ki, indiyədək aparılan ikitərəfli danışıqlar müsbət nəticələr doğurub: “İndiki mərhələdə biz ikitərəfli formatda müzakirələr aparırıq. Hesab edirəm ki, belə bir format daha doğrudur. Bununla bağlı fikirlərimi Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimdə ona da bildirmişəm. Lakin biz digər formatlardan da imtina etmirik. Hesab edirəm ki, bütün məsələlər konkret kontekstdə nəzərdən keçirilməlidir”.
TAHİR