Seçkiləri izləyəcək yerli və beynəlxalq müşahidəçilərin sayını açıqlandı...
Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 112 min 749 nəfər yerli müşahidəçi akkreditasiyadan keçib.
Bunu parlament seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, onlardan 65 minə yaxını 25 siyasi partiyanın müşahidəçiləridir.
MSK sədri deyib ki, seçkiləri müşahidə etmək üçün 51 beynəlxalq qurumdan və 69 ölkədən 598 nəfər akkreditə olunub.
Seçkilərlə əlaqədar yaradılan 125 dairənin 10-nun məcburi köçkün dairələri olduğunu vurğulayan MSK sədri qeyd edib ki, 397 min 862 məcburi köçkün 574 məntəqədə səs verə biləcək.
ZÜMRÜD