KÖHNƏ VERSİYA            

Savadlı tələbələrin sayı artdıqca universitetlərin büdcəsi azalır?! - Rektorun fikrinə fərqli reaksiyalar var...

Image

UNEC rektoru professor Ədalət Muradov dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqları ilə bağlı rəsmi Facebook səhifəsində maraqlı təkliflərlə çıxış edib.

Ali təhsildə adambaşına maliyyələşdirmə prinsipinin tətbiqinin çox böyük müsbət yenilik olduğunu qeyd edən rektor, bu yanaşmanın tətbiqi mexanizminin təkmilləşdirilməsini təklif edib: “Bu gün tətbiq edilən yanaşma universitetlər arasında sanki aşağı ballı tələbələr uğrunda mübarizəni gücləndirir. Belə ki, yüksək ballı tələbələrin və müvafiq olaraq, dövlət sifarişli tələbələrin sayının artması universitet büdcəsini artırmaq əvəzinə azaldır. Çünki dövlət sifarişli tələbəyə ödənilən təhsil haqqı daha azdır. Amma bu belə yox, əksinə olmalıdır. UNEC bu gün belə bir vəziyyətlə üz-üzədir. Belə ki, son illər ərzində UNEC-ə qəbul olan dövlət sifarişli tələbələrin payı 30%-dən, demək olar ki, 80%-ə qədər artmışdır və nəticədə universitet büdcəsi azalmışdır. Başqa sözlə, keyfiyyətin artmasına görə universitet sanki cəzalandırılır. Bu yanaşmaya aşağıdakı dəyişikliyi təklif edirik:

1. Dövlət sifarişli təhsilə görə bu gün tətbiq edilən təhsil haqqının diferensiallaşdırılması. Başqa sözlə, müəyyən aralıqda bal toplamış dövlət sifarişli tələbələrə fərqli təhsil haqqı müəyyən edilsin. Daha yüksək bal toplayanlara (məsələn, 650-700 bal) daha çox, daha az bal toplayanlara (məsələn, 350-400 bal) daha az ödəniş edilsin. Və yaxud

2. Dövlət sifarişli tələbələrin təhsil haqqının artırılması. Və ya

3. Yuxarıda göstərilmiş hər iki variant, yəni dövlət sifarişli tələbələrin təhsil haqqını diferensiallaşdırmaqla artırmaq”.

Maraqlıdır, burada irəli sürülən fikirlər nə dərəcədə əsaslıdır? Məsələn, rektor deyir savadlı tələbələrin sayı artdıqca universitetlərin büdcəsi itirir. Yaxşı, bəs savadlı tələbələrin sayının artması universitetin büdcəsi deyil? Hər şey pulla ölçülmür ki. Yüksək bal toplayan tələbələrin biliyini hansı pulla ölçmək olar? Savadlı tələbələrin sayının artmasını hansı pulla müqayisə etmək olar? Digər tərəfdən, necə ola bilər ki, dövlət sifarişi ilə qəbul olunan bir tələbəyə 5, digərinə 10 manat ödənilsin? Bu, ayrıseçkilik kimi görsənir.

Elşən Qafarov: “Düşünürəm ki, Ədalət müəllimin fikri bu gün ali təhsil müəssisələri üçün aktualdır” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən təhsil sahəsi üzrə ekspert Elşən Qafarov məsələyə bir neçə aspektdən yanaşdı: “24 oktyabr 2013-cü ildə ölkə prezidentinin 13 saylı sərəncamı ilə təsdiq olunmuş “Təhsilin inkişafı üzrə dövlət strategiyası”nda ali təhsildə ödənişli təhsilin aradan qaldırılması və onun dövlət sifarişi ilə əvəz olunması öz əksini tapıb. Burada eyni zamanda dövlət ali təhsil müəssisələrində təhsil haqlarını Nazirlər Kabineti müəyyənləşdirir. Bizim elə ali təhsil müssisələrimiz var ki, abituriyentlər daha çox dövlət sifarişlərini seçir. Onlardan biri də UNEC-dir. Hesab edirəm ki, Ədalət müəllimin arqumentləri kifayət qədər əsaslıdır. Çünki o, ali təhsil sistemini ən yaxşı bilənərdən biridir. Həqiqətən də dövlət sifarişlərinə tələbələrin daha çox üstünlük verməsi bir sıra hallarda üniversitetlərə maliyyə məhdudiyyəti yaradır. Ona görə də, dövlət sifarişli təhsilə görə tətbiq edilən təhsil haqqının diferensiallaşdırılmasına ehtiyac var. Çünki bu, ali təhsil müəssisələrinə maliyyə axınına səbəb olacaq. Ümumiyyətlə, differensiallaşmış təhsil sisteminin tətbiq olunması hər bir tələbənin qəbul olunduğu bala uyğun olaraq onun ödənişinin təyin olunması daha doğrudur. Bu, beynəlxalq praktikada da var. Düşünürəm ki, Ədalət müəllimin fikri bu gün ali təhsil müəssisələri üçün aktualdır. Ancaq yaxşı olardı ki, digər ali məktəblər də təhsil haqqını düşünərkən keyfiyyətə də önəm versinlər”.

Rəsul Cahangirli: “Belə yanaşma tələbələr arasında ayrıseçkilik deməkdir” 

Digər ekspert Rəsul Cahangirli məsələyə fərqli yanaşdı: “Onsuz da bu il qəbul olunan 55 min tələbənin 28 min nəfərdən çoxu ödənişli bölməyə düşüb. Üstəlik, özəl bölmələrdə oxuyanların təhsil haqqı bu il 500 manatadək artıb. Zatən bizdə təhsil haqları yüksəkdir. Bütün bunlara rəğmən, belə yanaşma tələbələr arasında ayrıseçkilik deməkdir. Kasıb tələbə 700 bal toplayıbsa, niyə o buna görə daha çox ödəniş etməlidir? Yaxşı olardı ki, dövlət sifarişli fakültələr daha çox olsun”.

Vidadi ORDAHALLI







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031