KÖHNƏ VERSİYA            

Necə ola bilər ki, Zaxarova Qarabağda faşist njdelərin heykəllərini müdafiə etsin!...

Image

Qasım Hacıyev: “Zaxarova da etiraf etməli idi ki, Njde kimi Hitler qullarının abidəsinin Azərbaycan topağında olması elə həqiqi Sovet İttifaqı Qəhrəmanlarının ruhuna təhqir idi”

Ermənistan tərəfi uzun müddətdir ki, Qarabağda guya İkinci Dünya müharibəsi iştirakçılarına aid abidələrin dağıdılması barədə iddialar irəli sürür.  

Maraqlıdır ki, uzun illərdir faşist ideologiyasının quluna çevrilən ermənilər və Ermənistan indi İkinci Dünya müharibəsi iştirakçılarının və bu münasibətlə qoyulan abidələrin təəssübkeşi kimi özünü qələmə verir. Halbuki, Ermənistanın özündə bu tip abidələrə qarşı kəskin nifrət hissi var, onlar kütləvi şəkildə götürülür, əvəzində daşnaklara abidələr qoyulur. Özü bu yolu tutan dövlət ölkəmizi İkinci Dünya müharibəsinə aid abidələri dağıtmaqda ittiham edir. 

Ermənilər artıq bu uydurma məsələyə Rusiya rəsmilərinin də diqqətini cəlb etməyə çalışırlar. 

Avqustun 28-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya erməni jurnalist “Qarabağda erməni əsilli sovet ittifaqı qəhrəmanlarının abidələrinin azərbaycanlılar tərəfindən dağıdılması” ilə bağlı təxribatçı sual ünvanlayıb.  Erməni mediasına görə, Zaxarova da öz növbəsində Qarabağda “erməni əsilli sovet ittifaqı qəhrəmanlarının abidələrinin dağıdılması məsələsini” şərh edib.

“Biz zəng etdik və təsdiq etdik ki, Böyük Vətən müharibəsinin mədəni-tarixi irsinin qorunub saxlanması mövzusunun Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı danışıqların gündəliyinə daxil edilməsi üçün hər iki tərəflə bu işi davam etdirəcəyik”-deyə Zaxarova bildirib. 

O vurğulayıb ki, həm Bakı, həm də İrəvanla işgüzar əlaqələrində bu mövzu müntəzəm olaraq müzakirə olunur. “Biz hər yerdə və hər dəfə bu mövzuya toxunduqda sovet əsgərlərinin abidələrinin dağıdılmasının yolverilməzliyi ilə bağlı prinsipial mövqeyimizi bildirdik. Bakıda Böyük Vətən müharibəsinin tarixi yaddaşını qorumağın ölkələrimizin müqəddəs borcu olduğunu anlayır və bölüşürlər”-deyə Zaxarova əlavə edib.

Əvvəla, Azərbaycanda heç bir Böyük Vətən müharibəsi abidəsi dağıdılmır, dağıdılmayıb da. Digər tərəfdən də, ermənilər bizim torpaqlarımızı işğalda saxladıqları dövrdə orada Qaregin Njde kimilərinə abidə qoymuşdular, özü də lap Xankəndinin mərkəzində. Faşist əlaltısının abidəsi Azərbaycan torpağında niyə olmalıdır ki? Xankəndidə faşist Njdenin abidəsi sökülüb və bunu Rusiya tərəfi də çox yaxşı bilir. İndi ermənilər istəyirlər ki, belə təxribatçı iddialarla Zaxarovanı da Njdenin və onun kimi nasistlərin, daşnakların müdafiəsinə yönəltsinlər. 

“Halbuki, ermənilərin özləri İkinci Dünya müharibəsinə aid abidələrə qənim kəsiliblər, bunu Rusiya da bilir” 

AMEA-nın Qafqazşünaslıq institutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 200 ilə yaxındır ermənilər saxtakarlıqla məşğuldur. Q.Hacıyev bildirdi ki, Ermənistanın bu məsələni ortaya atması təsadüfi deyil, çünki Azərbaycan və Rusiya arasındakı münasibətlər bu ölkəni çox narahat edir: “ Rusiya və Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti erməniləri əndişəyə salıb. Onlar bu cür təxribatçı fikirləri ortaya atmaqla bu münasibətləri zədələməyə çalışırlar. Rusiyalı rəsmilər erməni uydurmalarına rəvac verməməli, onların Azərbaycanı qaralamasına şərait yaratmamalıdır”-deyə Q.Hacıyev bildirdi. 

Çar Rusiyanın imperiya maraqlarını təmin etməsi məqsədilə erməniləri gətirib Azərbaycan ərazilərində yerləşdirdiyini deyən Q.Hacıyevin sözlərinə görə, indi onlar Qafqazın baş bəlasına çevrilib. “Məsələ burasındadır ki, erməniləri Çar Rusiyası gətirib Qafqaza çıxarıb. Onlara bizim torpaqlarda dövlət qurublar. Ümumiyyətlə, Rusiya zaman-zaman imperiya siyasətini davam etdirmək üçün ermənilərdən istifadə edib. Təsəvvür edin ki, bu gün Ermənistan Rusiyanın əlindən çıxır deyə, bu ölkənin rəsmiləri müəyyən vaxtlarda erməniləri yenə də müdafiə edirlər. Bu, Zaxarovanın açıqlamasında da özünü göstərir. Bunu başa düşmək olmur. Zaxarova bilmirmi ki, ermənilərin iddiası yalandır və bu barədə danışmağa dəyməz? O bizimlə necə danışmağa çalışır? Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Biz öz torpağımızda nasist Njdenin abidəsini niyə saxlamalıyıq ki? Zaxarova da etiraf etməli idi ki, Njde kimi Hitler qullarının abidəsinin Azərbaycan torpağında olması elə həqiqi Sovet İttifaqı Qəhrəmanlarının ruhuna təhqir idi. Bunu Rusiya da yaxşı bilir. Bir Njdeyə, bir Şaumyana görə Azərbaycana qarşı uydurma iddia irəli sürmək heç Rusiyanın da maraqlarına uyğun olmamalıdır. Amma bəzi rus məmurları niyə köhnə imperiya siyasətindən əl çəkmək istəmirlər? Təsəvvür edin ki, ermənilərin bütün yalanlarına bəzi Rusiya rəsmiləri şərait yaradır. Niyə? Hesab edirəm ki, Zaxarova erməni jurnalistə bu cür cəfəng iddialar irəli sürməyə imkan verməməli idi. Çünki bu, əsassız bir məsələdir. Qarabağda erməni abidəsi yoxdur, orada onların mədəni-tarixi irsi olmayıb. Azərbaycanda İkinci Dünya müharibəsinə aid abidələrin hamısı qorunub saxlanılır. Görək Ermənistanda belə abidələr varmı? Təbii ki, o abidələri çoxdan söküb atıblar. Zaxarova gərək erməni jurnalistin sualına sualla cavab verəydi ki, Qərbi Azərbaycanda və Qarabağda Azərbaycan xalqının tarixi-mədəni irsini niyə dağıtdınız. Ermənistanda niyə bir Azərbaycan abidəsi qalmayıb? Ermənistanda azərbaycanlıların məzarlıqları dağıdılıb, bütün abidələrimiz məhv edilib, amma bir nəfər səsini qaldırmayıb. İndi durub uydurma suallara cavab axtarırlar. Bu ermənilər nə qədər yalan danışır? Gah deyirlər ermənilərin qəbirləri dağıdılıb, gah deyirlər kilsəyə ziyan vurulub, gah da başqa şeylər deyirlər. Deyək ki, Fransa, başqa Avropa dövlətləri, ABŞ bizdən uzaqdır, onlar bu yalanların toruna düşə bilirlər, amma Rusiya bizə yaxındır, bölgəyə bələddir, onlar nə üçün bu yalanlara göz yumurlar? Anlaya bilmirəm. Rusiya ilə indi yaxşı münasibətlərimiz var, əməkdaşlıq müqavilələri bağlanılıb. Bəzi Rusiya rəsmilərinin görəsən dövlət siyasətindən xəbərləri yoxdur ki, durub ermənilərə züy tuturlar, ya saymamazlıqdır? Ermənilər Azərbaycanın 7 rayonunun bütün tarixi abidələrini, sakinlərimizin ev-eşiklərini, var-dövlətlərini dağıdıb məhv etdilər. Onda niyə bəzi Rusiya rəsmiləri buna münasibət bildirmədilər? Zaxarova özünü  elə aparır ki, guya ermənilərin bizim başımıza gətirdiyi bəlalardan xəbəri yoxdur, indi durub Qarabağda erməni Sovet qəhrəmanlarının abidəsinin dərdini çəkir. Bəs Azərbaycana aid abidələri ermənilər məhv edəndə niyə danışmadılar? Bir dəfə qeyd etdilərmi ki, ermənilər azərbaycanlılara bu qədər zülm edib?”

Q.Hacıyev əlavə etdi ki, ermənilərin hansısa abidələrinin məsələsinin danışıqlar prosesinə salınması yolverilməzdir və bu məsələnin müzakirəsi yersizdir. O qeyd etdi ki, çünki Azərbaycanda ermənilərə aid abidə yoxdur, olmayıb da. Q.Hacıyev bildirdi ki, ermənilər Rusiyanın diqqətini cəlb etmək üçün qəsdən İkinci Dünya müharibəsi abidələrindən yapışırlar: “Ermənilər bu qondarma abidə iddiasını qəsdən ortaya atırlar, çünki bilirlər ki, Rusiya belə məsələlərə həssas yanaşır. Halbuki, ermənilərin özləri İkinci Dünya müharibəsinə aid abidələrə qənim kəsiliblər, bunu Rusiya da bilir.  Məsələ burasındadır ki, ermənilər özləri özlərini aldadırlar”-deyə Q.Hacıyev qeyd etdi.

Q.Hacıyev bildirdi ki, tarixi abidələrin qorunması məsələsinə gəlincə, ermənilər Azərbaycan abidələrini qorumayıb, onları məhv edib. 

İradə SARIYEVA







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031