KÖHNƏ VERSİYA            

10 noyabr üçtərəfli bəyanatı Rusiya-Ermənistan münasibətlərində kəskin ziddiyyət yaratdı...

Image

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, 10 noyabr üçtərəfli bəyannaməsi aktiv sənəddir və onun alternativi yoxdur. Amma Ermənistanda artıq fərqli düşünürlər və burada hesab olunur ki, artıq sözügedən sənəd hüquqi qüvvəyə malik deyil. Amma Mariya Zaxarova qeyd edir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı   qüvvədədir. 

O, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının fəaliyyətdə olduğunu vurğulayıb. Mariya Zaxarova bu sənədin əvvəlki kimi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını təşkil etdiyini qeyd edib: “Hesab edirik ki, bu bəyanata alternativ yoxdur. Əgər sizə Ermənistanda rəsmi səviyyədə kiminsə bu bəyanatdan imtina etdiyi məlumdursa, misal üçün, imzasını geri götürübsə, baxmayaraq ki, həmin imza bəyanatda qalır və ya bu sənədin qüvvədə olmadığı barədə rəsmi bəyanat yayıbsa, o zaman biz bunu şərh edərik. Lakin biz belə bir şey eşitməmişik. Qeyd olunan razılaşmalar Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasının bütün əsas treklərini, o cümlədən sülh müqaviləsinin işlənib hazırlanmasını, sərhədlərin delimitasiya və demarkasiyasını, regionda kommunikasiyaların açılmasını, vətəndaş cəmiyyətləri arasında təmasların qurulmasını əhatə edir. Bunları şübhə altına qoymaq cəhdləri olduqca təhlükəlidir”. Zaxarova əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə rəsmi danışıqlar zamanı və avqustun 23-də Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bu mövzular ətraflı müzakirə olunub: “Yeri gəlmişkən, siz Ermənistan hakimiyyətindən dəqiqləşdirə bilərsiz, danışıqlar zamanı Ermənistan tərəfi rəsmi şəkildə bundan sonra üçtərəfli razılaşmalara qüvvədən düşmüş sənəd kimi baxdığı barədə məlumat veribmi? Mənə bu barədə heç nə məlum deyil”. Xatırladaq ki, Putin bir neçə gün əvvəl dövlət səfəri ilə Azərbaycanda olub. Sonra Ermənistanın baş naziri ilə telefon danışığında o, həmin səfərin təəssüratlarını təqdim edib. Rusiya prezidenti Moskvanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin inkişafına, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqinə, eləcə də nəqliyyat və logistika əlaqələrinin qurulmasına dəstək verməyə hazır olduğunu təsdiqləyib. Zaxarova da qeyd edib ki, sülh sazişi, sərhədlərin demarkasiyası, blokadadan çıxarılması ilə bağlı bütün məsələlər müzakirə olunub. O, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini bir daha Ermənistan tərəfinə xatırladıb. Bildirib ki, kommunikasiyaların açılması üçün görülən böyük iş İrəvanın sərhəd nəzarəti məsələlərində qeyri-bərabərliyi və Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan tərəfində olmasında təkid etdiyi üçün dayanıb: “Beləliklə, İrəvan Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti tərəfindən nəqliyyat axınına nəzarətdən imtina edib və faktiki olaraq işçi qrupda iştirakını dondurub”. Erməni ekspertlər qeyd edir ki, elə bu hal İrəvanın 10 noyabr bəyanatından imtinasını nümayiş etdirir. 

Düzdür, rəsmi İrəvan indiyədək Rusiyanın iradlarına cavab verməyib. Ancaq Irəvan noyabr bəyanatında dönməz şəkildə pozulmayan bir dənə də olsun əsas məqam olmadığını da bildirir. Baş nazir Nikol Paşinyan da qeyd edir ki, bu gün 10 noyabr üçtərəfli bəyannaməsinin heç bir bəndi etibarlı deyil. Ermənistan Xarici İşlər Nazirliyi İrəvanın bu sənəddən imzasını geri götürmək niyyətində olub-olmamasına isə bunlar fonunda yalnız susqinluq nümayiş etdirir. Amma hakimiyyəti təmsil edən deputat Ovik Ağazaryan qeyd edir ki, üçtərəfli bəyannamənin heç bir bəndi Ermənisyan üçün etibarlı deyil: “Bəyanatın bir bəndi də icra olunmayıb”. Amma müxalifətin “Hayastan” fraksiyasından olan Artur Xaçatryan 10 noyabr bəyanatından imzanın geri çəkilməsinin tərəfdarı deyil. Deputat sənədi etibarsız hesab etsə də, onu dirçəltməyin mümkün olduğunu düşünür. Ekspertlər isə qeyd edirlər ki, indi Rusiya üçün 10 noyabr bəyanatının 9-cu bəndinin, yəni Zəngəzur dəhlizinin açılması məsələsi xüsusilə önəmlidir. Mövzu keçən həftə Rusiya prezidenti Putinin Bakıya iki günlük səfəri ilə aktivləşib. Bunun ardınca məsələ Azərbaycan və Rusiya liderləri arasında telefon danışığı zamanı da müzakirə olunub. Kreml bəyan edib ki, iki lider Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması, sərhədlərin demarkasiyası ilə yanaşı, iki dövlət arasında nəqliyyat əlaqəsinin açılması məsələsini də müzakirə ediblər. Rusiya tərəfi yenidən Bakı və İrəvana qarşılıqlı məqbul həll yollarının tapılmasında öz köməyini təklif edib. O da xüsusi vurğulanıb ki, prezidentlər Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparıblar. Görünən odur ki, Rusiya dəhlizin 2020-ci il 10 noyabr razılaşmasının 9-cu bəndinə uyğun, yəni Federal Təhlükəsizlik Xidmətinin iştirakı ilə açılmasında israrlıdır. Bunun üçün Ermənistana təzyiqlərini artıracaq.     Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd edir ki, Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrup çərçivəsində müzakirə olunur: “Biz müvafiq razılaşmaların əldə edilməsi, tərəflərin qarşılıqlı razılığı və qarşılıqlı məqbul şərtlər əsasında həyata keçirilməsi və bunun həm Azərbaycanın, həm Ermənistanın, həm də onların qonşularının maraqlarına cavab verməsi mövqeyindən çıxış edirik”.

Nahid SALAYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031