Ukrayna rus qazı və neftinin Avropaya tranzitini dayandırır - Azərbaycan qazını nəql etməyə hazırıq...
Ukrayna Prezidenti Aparatının müşaviri Mixail Podolyak bəyan edib ki, 2025-ci il yanvarın 1-dən Kiyev Rusiya qazı və neftinin Avropaya tranzitini dayandıracaq, lakin onlar digər ölkələrin enerji resurslarının tranzitinə hazırdırlar.
"Bu, məsələn, Mərkəzi Asiya ölkələrindən gələcək başqa bir tranzit qaz ola bilər. Bu gün Avropa Rusiyadan neft və qaz tədarükünü diversifikasiya edib və onlar artıq Avropada 10, hətta 5 il əvvəl oynadıqları rolu oynamırlar. Üstəlik, 2025-ci il yanvarın 1-dən Drujba neft kəməri də bağlanacaq.
Bu neft xətti vasitəsilə Slovakiyaya, Çexiyaya və sevdiyimiz Macarıstana çatdırılırdı. Aİ-nin qərarına əsasən, bu ölkələr neft tədarüklərini diversifikasiya etmək yollarını tapmalı və Rusiya neftinin Ukrayna ərazisindən tranzitini dayandırmalıdır. Eyni şey qaza da aiddir”.
Bununla belə, Podolyak bildirib ki, əgər bir Avropa ölkəsi Qazaxıstandan və ya Azərbaycandan qaz almaq istəsə, Ukrayna bu qazı nəql etməyə hazırdır.
TAHİR