Erməni səfirlərin Tavuş səfərində gərginlik - sakinlər Mirzoyan və diplomatları təhqir etdilər...
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın rəhbərliyi ilə bir neçə erməni diplomat Tavuş rayonunun Kirants (Güney) kəndinə səfər ediblər. Lakin səfər o qədər də rahat keçməyib.
"Hraparak" nəşri yazır ki, Xarici İşlər Nazirliyi insanların xəbər tutmayacağına və xoşagəlməz hadisələrin qarşısının alınacağına ümid edərək, Kirants rəhbərliyinə əvvəlcədən xəbərdarlıq etməyib və qəfil səfər etmək qərarına gəlib. Nəşr yazır ki, lakin Mirzoyan və diplomatik korpusun nümayəndələri "layiqli" bir şəkildə qarşılanıblar.
Çoxsaylı DİN əməkdaşlarının müşayiəti ilə Kirantsa gələn diplomatlar üçün yol əvvəlcədən “təmizlənsə” də, Kirants sakinləri nümayəndə heyətinin səfərindən xəbər tuta bilib və küçələrə axışıblar. Diplomatlara yaxınlaşmağa icazə verilməyən kənd sakinləri qışqıraraq naziri, səfirləri və eləcə də hakimiyyəti təhqir ediblər, aşağılayıcı ifadələr işlədiblər.
TAHİR