"Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin layihəsi əsasən razılaşdırılıb" - Rusiya diplomatı
Bakı ilə İrəvan arasında sülh danışıqları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə üçtərəfli razılaşmaları kompleksi məcrasında davam edir. Bu barədə “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib.
Diplomat deyib: “İki tərəf arasında aparılan danışıqların Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər kompleksinə uyğun olması vacibdir. Gələcək sazişlə bağlı razılığa gəlməkdən əlavə, söhbət həm də nəqliyyat kommunikasiyalarının açılmasından, sərhədin delimitasiyası və demarkasiyasından, vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin qurulmasından gedir”.
Səfir qeyd edib ki, Moskva sülhün tezliklə bağlanacağına ümid edir: “Tərəflərin rəsmi bəyanatlarına əsasən, Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi praktiki olaraq razılaşdırılıb. Rusiya Prezidenti Vladimir Putinin dövlət səfəri zamanı vurğuladığı kimi, Moskva onun imzalanmasına töhfə verməkdən məmnun olacaq. Ümidvaram ki, bu, mümkün qədər tez baş verəcək, çünki sazişin imzalanması Cənubi Qafqazda davamlı sülhə və firavanlığa nail olmaq yolunda mühüm addım olardı”.
ZÜMRÜD