KÖHNƏ VERSİYA            

Azad ərazilərə böyük qayıdışın tempi yenilənir...

Image

Beynəlxalq hüququn mühüm tərkib hissələrindən biri olan Dördüncü Cenevrə Konvensiyası yurd-yuvasından didərgin salınmış şəxslərin müvafiq ərazidə hərbi əməliyyatlar dayandırıldıqdan sonra öz evlərinə qaytarılmasını nəzərdə tutur. Könüllü qayıdış hüququ ümumiyyətlə Panmunjom Sülh Müqaviləsi və Afrika Qaçqınlar Konvensiyası kimi bir sıra digər müqavilələrdə də tanınır.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edir ki, hər kəsin qayıdış hüququ var. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda qeyd edilir ki, heç kim qayıdış hüququndan məhrum edilə bilməz. Regional insan hüquqları müqavilələrində də oxşar müddəa var.

Təhlükəsizlik, müvafiq hüquqların təmini ön plandadır 

Bəzi hərbi nizamnamələrdə və təlimatlarda hərəkətin vaxt baxımından məhdudlaşdırılması və köçkünlərin öz evlərinə və ya adi yaşayış yerlərinə qayıtmasına icazə verilməli olduğu vurğulanır. Qaçqınların və köçkünlərin geri qayıtmaq hüququ dövlətlərin bir çoxunun qanunvericiliyində də təsbit edilir. Bu hüquq qaçqın və köçkünlərlə bağlı bir sıra sülh sazişlərində də tanınır. BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası və BMT-nin İnsan Hüquqları Komissiyası qaçqın və köçkünlərin təhlükəsiz şəraitdə öz evlərinə qayıtmaq hüququnu dəfələrlə xatırladıblar.

Səlahiyyətli orqanların məcburi köçkünlərin könüllü qayıtması və reinteqrasiyasını asanlaşdırmaq üçün tədbirlər görmək məsuliyyəti Afrikadakı Qaçqınlarla bağlı Konvensiyada və Daxili Köçkünlük üzrə Təlimatlarda müəyyən edilib. Sülh müqavilələrində və digər sazişlərdə, milli qanunvericilikdə, rəsmi bəyanatlarda və digər praktikada, BMT və digər beynəlxalq təşkilatların qətnamələrində, digər sənədlərdə də qayıdəş hüququna istinad edilir. Xüsusilə BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyası dəfələrlə həm beynəlxalq, həm də qeyri-beynəlxalq silahlı münaqişələrin tərəflərini məcburi köçkünlərin təhlükəsiz mühitdə könüllü qayıdışına və reinteqrasiyasına kömək etməyə çağırıblar. Köçkünlərin könüllü və təhlükəsiz qayıtmasını və reinteqrasiyasını asanlaşdırmaq üçün həyata keçirilən tədbirlərə misal olaraq aşağıdakıları göstərmək olar: təhlükəsiz qayıdışları təmin etmək üçün tədbirlər, xüsusilə minalardan təmizləmə; əsas ehtiyacların (sığınacaq, qida, su və sağlamlıq) ödənilməsi üçün yardımın göstərilməsi; tikinti alətləri, məişət əşyaları, toxum və gübrələrlə təminat; məktəblərin yenidən qurulması, təlim və təhsil proqramlarının həyata keçirilməsi; köçkünlərə və ya onların nümayəndələrinə təhlükəsizlik və maddi şəraiti qiymətləndirmək üçün qayıtmazdan əvvəl qayıtmağı planlaşdırdıqları ərazilərə baş çəkməyə icazə verilməsi. Bütün bu qeyd edilənlərin real nümunəsinə Azərbaycanda rast gəlmək mümkündür. Ölkəmizdə qeyd olunanlar fonunda “Böyük Qayıdış”ın uğurla reallaşması, artıq keçmiş məcburi köçkünlərin yurd həsrətinə son qoyulması uğurla davam edir. Bu ilin sonunadək daha 20 mindən çox keçmiş məcburi köçkünün öz torpağına geri dönməsi gözlənilir. 2026-cı ilin sonunda isə 140 mindən artıq vətəndaşımız birinci köç mərhələsinin sonu olaraq Qarabağa geri qayıdacaq. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, yəni, 8 şəhər, 8 qəsəbə və 84 kəndin bərpa edilməsi nəzərdə tutulub. Bu günədək ümumilikdə işğaldan azad edilmiş 8 şəhərin Baş Planı hazırlanıb. 2022-ci il iyulun 19-dan bugünədək 4 şəhərə - Şuşa, Laçın, Füzuli və Xocalı şəhərlərinə və 4 kəndə - Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux və Sus kəndlərinə ümumilikdə 2000-dən çox ailənin, 8000-ə qədər insanın qayıdışı baş tutub.

Doğma yurdlarına qovuşan insanların bütün lazımi şəraitlə təmin edilməsinə xüsusi diqqət olunur 

Qayıdışla yanaşı, Azərbaycan doğma yurdlarına qovuşan insanların bütün lazımı şəraitlə təmin edilməsinə də xüsusi diqqət edir. Azad edilmiş ərazilərin bərpa-quruculuq işləri uğurla davam edir. Azrbaycan hər il milyardlarla manatı məhz bu istiqamətdə ayırır. Eyni zamanda dost xarici dövlətlər də yaxından iştirak edirlər. Özbəkistan tərəfindən Füzuli şəhərində inşa edilən orta məktəb, Qazaxıstan tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi buna əyani misaldır.

Bu arada qeyd edək ki,  artıq Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərində, Zəngilan rayonunun Ağalı kəndində, Laçın rayonunun Zabux kəndində və Ağdərə rayonunun Talış və Suqovuşan kəndlərində ümumilikdə 8 məktəb binası istifadəyə verilib. Ağdam, Cəbrayıl, Kəlbəcər şəhərlərində, Kərkicahan qəsəbəsində, Laçın rayonunun Sus kəndində həmçinin əhalinin köçü planlaşdırılan başqa yaşayış məntəqələrində ümumilikdə 12 məktəbin tikintisi və ya əsaslı təmiri işləri davam edir. Bundan başqa, 13 körpələr evi-uşaq bağçasının tikintisi və ya əsaslı təmirinin yekunlaşması nəzərdə tutulub. Xankəndi şəhərində ilkin mərhələdə 1000-ə qədər tələbənin təhsil alacağı Qarabağ Universiteti istifadəyə verilib. Digər istiqamətdə də işlər görülür. Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma işləri, yeni infrastrukturun yaranması istiqamətində aparılan işlərdən ən önəmlisi təbii ki, ərazilərin minalardan təmizlənməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulmasıdır. Eyni zamanda, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələrinin, o cümlədən xidmət, ticarət, tikinti, nəqliyyat və digərlərinin yaradılması və inkişafı mühüm əhəmiyyət kəsb edir. Bu ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Müvafiq dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşan əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, sosial obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması istiqamətində də müvafiq addımlar atılır. Azad edilən ərazilərdə 32 ildən sonra ilk parlament seçkilərinin keçirlməsi üçün də işlər uğurla yekunlaşıb. Artıq Milli Məclisə növbədənkənar seçkilərdə işğaldan azad olunmuş ərazilərdə 54 məntəqə üzrə 42 mindən çox səsvermə hüququna malik seçici səs verə bilər. Bütün bunlar azad olunan ərazilərin yenidən dirçəlməkdə olduğunu göstərir.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031