İlk dəfə səs verəcək seçicilərin sayı açıqlandı...
Sentyabrın 1-də 18 yaşı tamam olacaq 374 nəfər növbədənkənar parlament seçkilərində səs verəcək.
Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun avqustun 29-da keçirilən iclasında deyib.
Milli Məclisə seçkilərlə bağlı maarifləndirmə layihələrinə artıq yekun vurulduğunu diqqətə çatdıran Rövzət Qasımov əlavə edib: “Başa vurduğumuz digər layihə ilk seçicilərlə bağlıdır. Gözdən əlillər üçün trafaretlərin hazırlanması prosesi də yekunlaşıb”.
ZÜMRÜD