Seçkilərin nəticələrinin açıqlanacağı vaxt məlum oldu
MSK sədri növbədənkənar parlament seçkilərinin nəticələrinin nə zaman açıqlanacağına aydınlıq gətirib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda səsvermə günü ilkin nəticələri operativ verməyə çalışacaqlarını deyib.
“Bu seçkilərdə də çalışacağıq ilkin nəticələri həmin gecə çatdıraq. Bu ilkin nəticələr olacaq, yekun deyil. İki gün ərzində dairələrdən protokollar bizə veriləcək”.
ZÜMRÜD