Mingəçevirdə 73 yaşlı jurnalistin yaşadığı 9 - mərtəbəli binanın liftini kəsiblər...
Mingəçevir şəhəri, 504 saylı qəsəbədə yerləşən 9 saylı binanın 51 nömrəli mənzilində yaşayan 73 yaşlı qocaman jurnalist Seymur Bayramov lift problemi ilə bağlı redaksiyamıza müraciət edib.
S.Bayramov bildirir ki, 9 saylı binanın 9-cu mərtəbəsində yaşayır. 4 gündür ki, binanın liftinin kəsildiyini deyən S.Bayramov qeyd etdi ki, aidiyyəti qurumlar sakinlərə heç bir xəbərdarlıq etmədən lifti kəsiblər. Qocaman jurnalistin sözlərinə görə, bununla bağlı sakinlərə heç bir izah verilmir, liftin kəsilmə səbəbi onlara aydın deyil. Vəziyyətin acınacaqlı olduğunu deyən S.Bayramovun bildirdiyinə görə, 8-ci, 9-cu mərtəbədə yaşayan xəstələri, qocaları sakinlər çox böyük çətinliklə qolları üstündə aşağı endirirlər, sakinlərin üzləşdiyi lift problemi isə də heç kim maraqlanmır.
İradə SARIYEVA