Rusiyada "generalların ovu" davam edir - Şoyqunun keçmiş müavini də saxlandı...
Rusiya İstintaq Komitəsi müdafiə nazirinin keçmiş müavini, ordu generalı Pavel Popovu saxlayıb. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, keçmiş müdafiə nazirinin müavini Popov "Patriot" parkı ilə bağlı dələduzluqda ittiham olunur.
İstintaqın məlumatına görə, 2021-2024-cü illərdə “Patriot” hərbi-vətənpərvərlik parkının inkişafı, saxlanması və istismarına cavabdeh olan Popov əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş parkın direktoru Vyaçeslav Əhmədov və Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş innovativ inkişaf İdarəsinin rəis müavini Vladimir Şesterov ilə birlikdə bu qurumun hesabına varlanıb.
P.Popov 2013-2024-cü illərdə Rusiya Federasiyası müdafiə nazirinin müavini vəzifəsini tutub.
Generalın Popovun Moskvanın prestijli ərazilərində ümumi dəyəri 500 milyon rubldan çox olan daşınmaz əmlaka sahib olduğu qeyd edilib.
TAHİR