Ermənistanda konstitusiya referendumu 2027-ci ildə keçiriləcək...
Ermənistanda konstitusiyaya dəyişikliklərlə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır. Bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deeyib.
"Biz o mürəkkəb sənəd üzərində ətraflı, ictimai müzakirələrlə və bütün mütəxəssislərlə işləyəcəyik", - Minasyan bildirib.
Bundan öncə də, ölkənin baş naziri Nikol Paşinyan dəfələrlə əsas qanunda dəyişikliklərin zəruri olduğu barədə bəyanat verib. O vurğulayıb ki, yeni kontitusiya ölkənin təməllərini möhkəmləndirəcək, eləcə də rəqabət qabiliyyətini artıracaq.
Qeyd edək ki, hazırda qüvvədə olan Ermənistan Konstitusiyası 1995-ci il iyulun 5-də qəbul edilib.
TAHİR