Vardan Qukasyanın əmlakı müsadirə oluna bilər - 6 milyonluq iddia...
Ermənistanda keçmiş merin əmlakı müsadirə oluna bilər. Trend xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, Ermənistanın Baş Prokurorluğu Gümrü şəhərinin keçmiş meri Vardan Qukasyan və ailə üzvlərinə məxsus 5 milyon 780 min dollar dəyərində nağd pul vəsaiti və aktivlərin müsadirəsini tələb edir.
Qeyd edək ki, V.Qukasyan və onunla əlaqəli şəxslər korrupsiya araşdırmaları çərçivəsində iyulun 24-də istintaq orqanına çağırılıblar.