ABŞ və Çin liderləri arasında onlayn görüş olacaq - Ağ Ev açıqladı
ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında yaxın həftələrdə virtual görüşün keçirilməsi planlaşdırılır. Bu barədə Ağ evin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib. Ağ Evin yaydığı məlumata görə, C. Sallivan Çinə səfər edib və bir sıra görüşlər keçirib. Tərəflər Tayvan boğazı və Cənubi Çin dənizində gərginliyi azaltmaq məqsədilə ali hərbi komandanların da cəlb olunması ilə təhlükəsizlik üzrə danışıqlarını davam etdirmək barədə razılığa gəliblər.
Mətləb Salahov