"Üçüncü Dünya müharibəsinə çox yaxınıq" - Trampdan ŞOK AÇIQLAMA
ABŞ-ın keçmiş prezidenti, bu il prezidentliyə namizəd Donald Tramp sensasiyalı fikirlər səsləndirib. Aö Evin heçmiş sahibi bəyan edib ki, “üçüncü Dünya müharibəsinə heç vaxt olmadığımız qədər yaxın olduğumuzu düşünürəm”. O, çıxışında Ukraynanın Rusiya ərazisində irəlilləməsinin yeni Dünya müharibəsinə səbəb olacağını deyib.
Tramp bütün bunların səbəbkarının ABŞ Prezidenti Cozef Bayden olduğu qənaətindədir. Keçmiş prezident sonu bilinməyən müharibələrə yalnız özünün idarəçiliyi altında son veriləcəyini düşünür. Tramp prezident olacağı halda Rusiya – Ukrayna müharibəsinə son verəcəyini deyib
Mətləb Salahov