Pavel Durova bir zərbə də uşaqlarının anasından gəldi - məşhur iş adamına İsveçrədə iddia qaldırıldı
Bir neçə gün əvvəl Fransada hava limanında saxlanılan Telegram-ın həmtəsisçilərindən olan Pavel Durov Parisdə məhkəmə qarşısına çıxarılıb və məhkəmə qərarı ilə həbsdən azad edilib.
O da məlum olub ki, Fransa hakimiyyəti Pavel Durovun qardaşı Nikolay haqqında həbs qərarı çıxarıb. "Politico" jurnalı istintaq sənədlərinə istinadən yazır ki, hər iki qardaşla bağlı sərəncam mart ayında verilib.
Bu arada, “Forbes jurnalı Durovun uşaqlarının anasının İsveçrədə məşhur sahibkarı məhkəməyə verdiyini yazıb. Məlumata görə, Pavel Durovun 3 uşağının anası İrina Bulqar, Durovun bir neçə dəfə oğullarından birinə zor tətbiq etdiyini və bu hadisələrdən sonra uşağın beyin silkələnməsi keçirdiyini iddia edib.
TAHİR