ABŞ Ukraynaya “yaşıl işıq” yandırmağa hazırlaşır - Amerika silahları ilə Rusiya ərazisinə zərbələr endiriləcək...
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Vaşinqton və Kiyevin Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə qarşı hücum zonalarını genişləndirmək üçün artıq danışıqlar apardığını deyib.
Kirbi sözlərini dəyərləndirən Rusiya XİN sözçüsü Zaxarova isə ABŞ-ın Ukrayna ordusuna Qərb silahları ilə Rusiya ərazisini vurmağa icazə vermək istədiyini deyib.
“Bütün bunlardan yalnız bir nəticə çıxır: Kiyev rejiminə Rusiya regionlarında əməliyyatlar üçün tam səlahiyyət verilir”, - Zaxarova bildirib. ABŞ-ın çox güman ki, Kiyevə Rusiyanı vurmaq üçün bütün Amerika silahlarından istifadə etmək icazəsi verməyə hazırlaşdığını vurğulayan Zaxarova, ABŞ-ın gərginliyi artırma yolu getdikcə təxribat xarakteri alır.
TAHİR