Ukrayna ordusu Belqorodu ələ keçirməyə çalışır - qubernator əhaliyə çağırış etdi...
Ukrayna ordusu Belqorod vilayətini ələ keçirməyə çalışır. Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov “Telegram” vasitəsilə məlumat yayıb.
Qubernatorun Rusiya Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb ki, “sərhəddə vəziyyət çətin olsa da, nəzarət altındadır”.
Onun sözlərinə görə, Rusiya hərbçiləri planlı əməliyyatlar aparır. Qladkov əhalini yalnız rəsmi mənbələrə etibar etməyə və sakit olmağa çağırıb. O, həmçinin qeyd edib ki, son 24 saat ərzində Ukrayna 20-dən çox pilotsuz təyyarə ilə bölgəyə hücum edib.
Bundan əlavə, Rusiya "Telegram" kanallarının məlumatına görə, Ukrayna qüvvələri Rusiya sərhədini pozaraq Belqorodun cənub rayonlarını işğal etməyə çalışır. Məlumata görə, təxminən 500-ə yaxın ukraynalı əsgər Nexoteivka və Şebekinoda iki nəzarət-buraxılış məntəqəsinə hücum edib və bu bölgələrdən Belqoroda girməyə çalışır. Hazırda hər iki bölgədə döyüşlər davam edir.
Belqorod vilayəti avqustun 6-da ukraynalı əsgərlərin sürətli hücumla ələ keçirdiyi Kursk rayonu ilə həmsərhəddir.
TAHİR