"Tərtər işi" ilə bağlı məhkum edilən general Ali Məhkəmədən bəraət istədi...
"Tərtər işi" ilə bağlı məhkum edilmiş general-mayor Bəkir Orucov kassasiya şikayəti verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Orucov barəsindəki ittihamedici qərarın ləğv edilməsini istəyir.
General ərizəsində şikayətin dəlilləri barədə ətraflı məlumat verib. O, Ali Məhkəmədən bəraətinə qərar verilməsini xahiş edir.
General Orucovla birgə məhkum edilmiş mayorlar Ülvi Rəşidov və Rahib Məmmədov da eyni tələblə kassasiya şikayətləri veriblər.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bəkir Orucova 6 il 6 ay, Ziya Kazımov və Ülvi Rəşidova 9 il 2 ay, Rahib Məmmədova isə 6 il 2 ay azadlıqdan məhrumetmə cəzası verilib.