Mask Durovla bağlı Makrona səsləndi - həbsin səbəblərini insanlara izah edin...
Amerikalı sahibkar İlon Mask Telegram messencerinin təsisçisi Pavel Durovun həbsi ilə bağlı Fransa prezidenti Emmanuel Makrona müraciət edib.
X sosial şəbəkəsində dərc olunan mesajda Prezidentin insanlara həbsin səbəblərini izah etməsi istənilib. “Durovun niyə həbs edildiyi barədə dünya ictimaiyyətinin daha ətraflı məlumat əldə etməsi faydalı olardı”, - deyə Mask yazıb. O, hadisə ilə əlaqədar Fransaya qarşı bütün ittihamların yalan olduğunu və Parisin “söz azadlığı prinsipinə sadiq qaldığını” bildirən Makronun iddialarını belə şərh edib.
Telegram messencerinin təsisçisi Pavel Durov avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb. Yerli mətbuatın məlumatına görə, Fransa vətəndaşlığı da olan iş adamı axtarışda olub. O, bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik ticarəti, dələduzluq və çirkli pulların yuyulmasında ittiham oluna bilər.
ZÜMRÜD