“Biz Azərbaycan və Özbəkistanın özəl sektorları arasında əməkdaşlığı asanlaşdırmalıyıq”
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutu ilə birgə təşkil olunmuş “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbirdə çıxışı zamanı bir sıra fikirlər səsləndirib. O qeyd edib ki, 30 il ərzində Azərbaycan ilə Özbəkistan arasında çox sıx əlaqələr formalaşıb və bu əlaqələr yüksək, strateji səviyyədədir. O qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri mürəkkəb geosiyasi hadisələr fonunda baş tutub.
F.Şəfiyev iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb. “Biz Azərbaycan və Özbəkistanın özəl sektorları arasında əməkdaşlığı asanlaşdırmalıyıq”, - o bildirib.
Mətləb Salahov