"ABŞ ordusu Ukraynaya görə sursatsız qalıb" - Trampdan SƏRT bəyanat
"Cozef Baydenin administrasiyası ABŞ ordusunu Ukraynaya görə sursatsız qoyub." Bu barədə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“Bizim sursatımız yoxdur, çünki hazırkı hakimiyyət onu Ukraynaya verib. Çoxlu miqdarda raket, mərmi və hər şey göndəriblər”, - deyə o qeyd edib. Tramp əlavə edib ki, Qərbin köməyi olmasaydı, Ukrayna ilk həftədə məğlub olardı.
Mətləb Salahov