“Rumble” də Fransada fəaliyyətini dayandırdı!
“Fransada “Rumble” videohostinqi artıq işləmir, çünki bu ölkədə söz azadlığı yoxdur”. Bu barədə Fransa prezidenti Emmanuel Makronun “Telegram”ın yaradıcısı Pavel Durovun həbsi ilə bağlı açıqlamasını şərh edən Kanadanın “X” xidmətinin təsisçisi Kris Pavlovski deyib: “Söz azadlığına əməl edirsiniz” deməyiniz yalandır. Biz Fransada “Rumble”ı bağlamalı olduq, çünki sizdə söz azadlığı yoxdur”.
“Rumble”ın təsisçisi Durovun həbsinə görə Avropa İttifaqının ərazisini tərk etdiyini də bildirib. Xatırladırıq ki, “Telegram”ın yaradıcısı rusiyalı milyarder Pavel Durov Fransada həbs edilib.
Mətləb