Makron Fransada saxlanan Telegram-ın sahibinə 12 maddə ilə iş açdırdı...
Telegram-ın təsisçisi Pavel Durovun saxlanılması ilə nəticələnən işin iyulun 8-də açıldığı və adı bu iş materiallarında keçməyən Durova qarşı 12 maddə ilə ittiham irəli sürüldüyü bildirilir.
Paris prokurorluğu Durova qarşı hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etmək, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasına və yayılmasına kömək etmək, narkotik vasitələrin alınmasına, daşınmasına, saxlanmasına, satışına və ya ötürülməsinə köməklik göstərmək, mütəşəkkil cinayətkar qrup daxilində dələduzluqda iştirak etmək və kriptovalyutalardan istifadə etmək kimi ittihamların irəli sürüldüyünü bildirib. O, həmçinin çoxsaylı kibercinayətlərdə şübhəli bilinir.
Prokurorluqdan bildirib ki, hazırda dindirilən Telegram-ın təsisçisinin həbs müddəti maksimum avqustun 28-dək uzadıla bilər.
TAHİR