KÖHNƏ VERSİYA            

Anti-Azərbaycan kampaniya Ukraynanı bürüyüb, bizim diasporun səsi çıxmır...

Image

Elşad İbrahimov: “Ukrayna dövlətində də əli qana batmış, Azərbaycan xalqına qarşı genosiddə iştirak etmiş Ermənistan dövlət rəhbərlərinin qarşılanması olub...”

Bəlli olduğu kimi, avqustun 18-də Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfərinin yekunları və müzakirə olunan məsələlər dünyanın diqqət mərkəzindədir. Bəzilərində obyektiv yanaşma olsa da, bir çoxlarında qərəzli və ikili standartlardan çıxış edilən hallara rast gəlinir. 

Məsələn, Ukraynanın sosial seqmentində, xüsusilə "Facebook"da anti-Azərbaycan isterika açıq özünü büruzə verib. Səbəb də sadəcə gülüş və hiddət doğurur. Səfər zamanı SOCAR və “Qazprom” arasında planlı strateji tərəfdaşlıq razılaşmasının əldə olunması Ukrayna mediası və sosial şəbəkələrində Azərbaycana və SOCAR-a qarşı çirkin kampaniyanın başlanmasına gətirib çıxarıb. Bəzi ekspertlər qərəzli formada ölkəmizə qarşı fikirlər səsləndirib, hədyanlar yağdırıblar.

Əvvəla ondan başlayaq ki, Azərbaycan Ukraynada müharibə başlayandan bəri bu ölkəyə dəstək nümayiş etdirib. Onun ərazi bütövlüyünü ən müxtəlif tribunalarda dəstəkləyib. Bundan əlavə, Ukraynanın müharibədən əziyyət çəkən bölgələrinə hərtərəfli yardımlar göstərib. Yəni indiyədək heç vaxt Ukraynaya zərbə olacaq hansısa işə qol qoymayıb. Ukraynalı ekspertlər və erməni təsiri altında olan media, müxtəlif ranqlı mütəxəssislər isə Azərbaycanın Ukraynaya göstərdiyi yardımlar, SOCAR-ın humanitar fəaliyyəti və s. haqda danışmayıblar.

Çox maraqlıdır ki, baş verən bu xoşagəlməz proseslərə Ukraynadakı diasporumuzun aktiv reaksiyasını müşahidə etmirik. Bu səbəbdən də onların məsələyə münasibətini öyrənmək qərarına gəldik.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini, Ukrayna Azərbaycanlılar Radasının icraçı direktoru Elşad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son günlər bəzi dırnaqarası blogerlərin bir-iki sosial şəbəkədə gedən yazıları Azərbaycanda çox marağa səbəb olub:  “Amma bunu belə qabartmağa ehtiyac yoxdur. Bu, Ukrayna xalqının, hakimiyyətinin fikri deyil. Sadəcə bir-iki blogerin öz səhifəsində yürütdüyü fikirdi. Bu da normaldır. Hər bir insanın öz fikri ola bilər. Azərbaycan diasporaları olaraq da bunu dərhal nəzarətə götürdük və faktlarla, Azərbaycanın indiyə kimi Ukraynaya etdiyi həm maddi, həm mənəvi köməyi onlara anlatdıq, yadlarına saldıq. Bu da Ukrayna ictimaiyyəti və siyasiləri tərəfindən böyük dəstək gördü. Bu fikirlər bəzi müstəqil insanlara aiddir və anlaşılandır. Çünki onların çoxu siyasətçi deyil, emosiyalardan qaynaqlanıb hər hansı bir yazını qoyurlar. Belə ki,  Azərbaycanın coğrafi mövqeyindən azca anlayışı olan adam belə bir şərhi yazmazdı, sosial şəbəkələrdə bu mövzuya toxunmazdı. Çünki bizim Ukrayna, dünyanın bütün dövlətləri kimi öz siyasi dəsti-xəttimiz var. Biz hər hansı bir addım atdıqda heç bir dövlət qarşısında öhdəliyimizin olmadığı məlumdur. Müstəqil dövlətik, Prezidentimiz özü bilir millətimizin xeyri üçün  hansı addımları atmaq lazımdır. Əlbəttə, qıcıqlandıran məqamlar o oldu ki, Rusiyanın prezidenti Azərbaycana gəldi və xoş qarşılandı. Yuxarı siyasi dairələrdə dövlət səviyyəsində buna heç bir reaksiya verilmədi. Çünki bu normal bir haldır. Rusiya bizim qonşumuzdu, onunla 300 km - dən böyük sərhədimiz var. Onu başqa cür qarşılamaq mümkün deyil. Nəzərə alsaq ki, bizim də 30 ilə yaxın müharibə şəraitində olduğumuz dövrdə bundan da artıq qarşılanmalar olub. Ukrayna dövlətində də əli qana batmış, Azərbaycan xalqına qarşı genosiddə iştirak etmiş Ermənistan dövlət rəhbərlərinin qarşılanması olub. Ukrayna da bizə uyğun siyasətini qurmalı deyil və biz də bunu anlamışıq, normal da qəbul etmişik. Bugünkü gündə hansısa bloger bu barədə emosiyalara qapanıb nəsə fikir bildirirsə, bu onun öz hüququdur. Digər tərəfdən də, müharibə başlayan dövrdə biz izah etdik, bir çox müsahibələrimiz də oldu. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü, müstəqiliyini tanıyıb, tanıyır da. Azərbaycan xalqı ilk günlərdən Ukrayna xalqına öz sevgisini, hörmətini bildirib”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031