KÖHNƏ VERSİYA            

Paşinyan konstitusiya dəyişikliyindən imtina etdi...

Image

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin qəbulunun 34-cü ildönümü münasibətilə təbrik məktubunda bildirib ki, ölkə konstitusiyasında bu bəyannaməyə istinad var, lakin bu heç də bəyannamənin konstitusiyanın tərkibində olması anlamına gəlmir. 

Paşinyan vurğulayıb ki, müstəsna əhəmiyyətə malik Müstəqillik Bəyannaməsi Ermənistanda Qarabağ hərəkatının zirvə nöqtəsinə çatdığı və SSRİ-də iqtisadi, siyasi və ideoloji böhranın baş verdiyi bir vaxtda qəbul olunub: “2020-ci il müharibəsindən əvvəl, xüsusilə də müharibədən sonra mən Bəyannamənin mətnini təkrar-təkrar oxumuşam. Etiraf etməliyəm ki, mənim bu sənəddən müharibədən sonra aldığım təəssürat müharibədən əvvəlki təəssüratdan fərqlənirdi”.

Paşinyanın sözlərinə görə, bəyannamə mətninin tənqidi təhlili göstərir ki, İrəvan sonunda “bizi Sovet İttifaqının bir hissəsi edən” diskurs və məzmunu seçib. Baş nazir qeyd edir ki, söhbət Ermənistanı qonşuları ilə daimi münaqişələrdə, regional qarşıdurma mühitində tutub saxlayan diskursdan gedir: “Müstəqillik Bəyannaməsi ilə biz Sovet İttifaqından çıxış istiqamətini elan etmişik, amma eyni zamanda Sovet İttifaqından bütün çıxış yollarını bağlamışıq. Demək olar, 20-ci əsrin sonunda Müstəqillik Bəyannaməsi ilə biz elə bir formul seçmişik ki, bu formul artıq 20-ci əsrin əvvəllərində müstəqilliyimizin itirilməsi ilə nəticələnmişdi”. Paşinyan deyib ki, başqa yolların Ermənistanı hara gətirib çıxaracağı məlum deyil, amma keçilmiş yolun təhlili tarixi borcdur: “2018-ci ildə Ermənistan Respublikasının baş naziri olmazdan əvvəl mən Ermənistanın Müstəqillik Bəyannaməsinə “İncil ayəsi” kimi baxmışam. Halbuki, Bəyannamənin, lap belə təməl sənəd olsa da, dərin təhlilinə ehtiyac vardı. Çünki bu, həm də nəticələri olan siyasi sənəddir”. Paşinyan xatırladır ki, 1990-cı il avqustun 23-də Sovet Ermənistanının Ali Sovetinin qəbul etdiyi Müstəqillik Bəyannaməsinə istinad Ermənistan Respublikası Konstitusiyasının preambulasında öz yerini tapıb və bu gün də mövcuddur.  Lakin baş nazirin sözlərinə görə, müxtəlif şərhlərə baxmayaraq, bu o demək deyil ki, Müstəqillik Bəyannaməsinin bütün məzmunu Ermənistan Respublikasının Konstitusiyasına daxil edilib. Beləliklə, bu açıqlamaladan bəlli olur ki, Paşinyan Müstəqillik Bəyannaməsinin konstitusiyada mövcudluğunu ciddi təhdid və Azərbaycana qarşı ərazi iddiası saymır. Halbuki, cari ilin fevralında Paşinyan ölkənin İctimai Radiosuna müsahibəsində bildirdi ki, Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir: “Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”. Baş nazir vurğulayırdı ki, Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və yaxşılaşması üçün ölkəyə yeni konstitusiya lazımdır.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bir neçə dəfə deyib ki, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Bakı, özəlliklə də konstitusiyanın preambula hissəsindən Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Müstəqillik Bəyannaməsində isə Ermənistan SSR-lə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad var.  Keçmiş prezident Robert Köçəryanın “Hayastan” parlament fraksiyasının deputatı Artur Xaçatryan deyib ki, əslində, Paşinyanın bu istiqamətdə siyasəti dəyişməyib. Deputat vurğulayır ki, baş nazir Azərbaycanın təzyiqi altında Müstəqillik Bəyannaməsindəki prinsiplərdən də əl çəkmək istəyir. Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Hovik Ağazaryan etiraf edib ki, baş nazir Bəyannaməyə tənqidi yanaşmaqda davam edir: “Bizim baxışımız belədir ki, məncə, biz konstitusiyanın yeni mətnində bu bəyannaməyə istinad etməməliyik”. Paşinyan tərəfindən ölkə konstitusiyasının yeni mətninin hazırlanması üçün yaradılmış xüsusi hökumət şurasının üzvü Edmon Marukyan da ana qanunun dəyişdirilməsinə etirazını bildirib. Ötən mart ayına qədər Ermənistanın xüsusi işlər üzrə səfiri olmuş Marukyan deyib ki, Bakının Ermənistanın indiki konstitusiyasına iradları iki ölkə arasında sülh müqaviləsinin imzalanmaması üçün bəhanədir: “Azərbaycanın irəli sürdüyü ön şərtlər sülh müqaviləsinə dair danışıqların başlanğıcında yox idi. Bunlar yeni ön şərtlərdir və icrası açıq-aşkar qeyri-mümkündür”. Marukyan iddia edir ki, ermənilərin əksəriyyəti konstitusiyanın dəyişdirilməsinə dair referendumda iştirak etməyəcək. Onun sözlərinə görə, bu, Bakıya “yeni müharibə üçün bəhanə” verəcək: “Mən bu səbəbdən inanıram ki, biz konstitusiyasının preambulasına toxunmamalı və ya bu barədə heç bir diskussiya açmamalıyıq. Bu tələdir”. Marukyan vaxtilə ölkənin əsas müxalifət partiyalarından biri olmuş “İşıqlı Ermənistan” partiyasının lideridir. Lakin Marukyan, partiyasının 2021-ci il seçkisində parlamentdə bircə mandat da ala bilməməsinə rəğmən, Paşinyanın onu xüsusi tapşırıqlar üzrə səfir təyin etmək təklifini qəbul etmişdi.

Nahid SALAYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031