Rusiya Ukraynanın qərbini bombaladı, Polşa qırıcılarını havaya qaldırdı...
Rusiyanın Ukraynaya kütləvi raket hücumu səbəbindən Polşa öz aviasiyasını havaya qaldırıb. Polşa ordusunun əməliyyat komandanlığından bildirilib ki, onlar Rusiyanın Ukraynanın qərb hissəsində yerləşən obyektləri də daxil olmaqla hədəflərə intensiv zərbələr endirməsini izləyirlər.
Qeyd edilib ki, Rusiya aviasiyasının Ukraynada oxşar aktivləşməsi sonuncu dəfə iyulun 8-də qeydə alınıb. O zaman Rusiya Kiyevə kütləvi raket hücumu həyata keçirib.
Polşalı hərbçilər ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri prosedurların həyata keçirildiyini bildiriblər.
Qeyd edək ki, Rusiyanın son raket hücumu nəticəsində Kiyevin bəzi bölgəsində elektrik enerjisi təchizatında ləngimə yaranıb.
TAHİR