“Bakı-Xəbər”in ödənişsiz efir vaxtı təklifinə daha bir namizəddən reaksiya gəldi - Süleymanlı Elxan: “Debata hazıram…”
Növbədənkənar parlament seçkisinin təbliğat-təşviqat mərhələsində namizədlərin debatının təşkili üçün “Bakı-Xəbər”in öz studiyasında ödənişsiz efir vaxtının təşkilinə hazır olması ilə bağlı irəli sürdüyü təklifə daha bir reaksiya verilib.
124 saylı Şuşa - Ağdam - Xocavənd seçki dairəsindən deputatlığa namizəd Süleymanlı Elxan Bəhmən oğlu onunla eyni dairədən namizədliyi təsdiqlənmiş alternativlərini: 2024-cü il, 26 avqust, saat 11.00 tarixində “Bakı Xəbər” televiziyasının efirində canlı debata dəvət edib. Qeyd edək ki, “Bakı-Xəbər”in bu təklifinə bundan əvvəl də bir neçə namizəd reaksiya verib. Onlar öz alternativlərini debata dəvət etsələr də, qarşı tərəfdəkilər belə polemikadan yayındıqları üçün müzakirələr baş tutmayıb.
Mətləb