KÖHNƏ VERSİYA            

Fransa söz azadlığına açıq savaş açdı - Makronun Durovun həbsilə Telegram-ı ələ keçirmək planı, Aİ-ni də işin içinə çəkirlər...

Image

Dünyaca məşhur mesajlaşma tətbiqi Telegram-ın qurucusu və sahibi 39 yaşlı rusiyalı milyarder Pavel Durov iki gün əvvəl axşam saatlarında şəxsi təyyarəsi ilə getdiyi Fransanın Le Burje hava limanında saxlanılıb. Durovun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil. 

Adı açıqlanmayan mənbələr Durovun Azərbaycandan şəxsi təyyarə ilə Le Burje hava limanına endikdən az sonra saxlanıldığını bildiriblər. Fransa mətbuatında yer alan xəbərlərdə, Durovun Telegram-da moderator olmaması və polislə əməkdaşlıq etməməsi səbəbindən platformada bir çox cinayətin törədilməsinə icazə verildiyi iddiası ilə aparılan ilkin istintaq çərçivəsində saxlanıldığı iddia edilir. 

Bu arada, Rusiyanın Fransadakı səfirliyi Fransa rəsmilərindən Durovun saxlanmasının səbəbləri ilə bağlı aydınlıq gətirilməsini istəyib, həmçinin onun hüquqlarının qorunmasını və onunla konsulluq əlaqəsinin təmin edilməsini tələb edib, lakin diplomatların bildirdiyinə görə, Paris hələlik bu məsələdə qarşılıqlı əlaqədən yayınır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Durovun saxlanması ilə bağlı Fransaya nota verildiyini açıqlayıb. Rusiyanın Parisdəki səfirliyinin bu məsələ ilə bağlı Fransa tərəfi ilə əlaqə saxladığını bildirən Zaxarova deyib ki, Fransaya Durovla görüş tələbi ilə nota verilib.

Rusiya mediası yazır ki, Durovun terror, narkotik və çirkli pulların yuyulması da daxil olmaqla müxtəlif cinayətlərdə ittiham oluna biləcəyi gözlənilir. 

O da iddia edilir ki, Telegram Aİ orqanlarının da hədəfindədir, xüsusilə də bu şifrəli mesajlarla bağlıdır. Qeyd edilir ki, Fransada Durova qarşı iddia Aİ-nin Telegram-a qarşı sanksiyalar tətbiq etməsi üçün əsas ola bilər. “Ukraine Now” da Avropa Parlamentindəki mənbələrə istinadən Fransa hakimiyyətinin Durovun məhkəməsindən Aİ-nin Telegram-a qarşı sanksiyalar tətbiq etməsi üçün istifadə edə biləcəyini yazır.

Ekspertlər hesab edir ki, Pavel Durovun Fransada saxlanılması Avropada söz, ifadə azadlığının sorğulanmasına səbəb olan mühüm hadisədir.

Bu yaxınlarda ABŞ prezidenti seçkilərində iştirakdan imtina edən kiçik Robert Kennedi Durovun həbsindən sonra söz azadlığının qorunmasını həmişəkindən daha aktual adlandırıb: “Söz azadlığının qorunması zərurəti heç vaxt bu qədər aktual olmamışdı”.

Keçmiş amerikalı kəşfiyyatçı Edvard Snouden isə Telegram-ın sahibinin həbsini söz azadlığına hücum adlandırıb. O, Fransa prezidenti Makronun "şəxsi mesajlara çıxış əldə etmək üçün bir adamı girov götürmək səviyyəsinə enməsinə" təəccübləndiyini və kədərləndiyini deyib. O qeyd edib ki, bu, Fransanı və bütün dünyanı aşağılamaqdır.

Almaniyalı politoloq Kristof Herstl də Durovun Fransa hakimiyyəti tərəfindən saxlanmasını söz azadlığına qlobal zərbə adlandırıb: “Mənim üçün bu, qlobal miqyasda söz azadlığına böyük zərbədir. Aydındır ki, Telegram FTB, digər məxfi xidmətlər və Qərb təhlükəsizlik agentliklərinə istifadəçilərin fikir azadlığını pozmağa icazə vermək üçün böyük təzyiq altındadır. Hökumətlər deyirlər ki, Durov Telegram-ı terror və qeyri-qanuni fəaliyyətlərdən qorumayıb, bu, açıq-aşkar yalandır”.

Onun sözlərinə görə, Durov hakimiyyətlə kriminal fəaliyyətlərin qarşısının alınmasında əməkdaşlıq etməkdən məmnun olardı, lakin indi Qərb üçün adi hal olan ifadə azadlığını məhdudlaşdırmaqdan yox.

Herstl deyib ki, Fransa hakimiyyəti Durovu, Qərb kəşfiyyat orqanlarına proqram təminatına çıxış imkanı verənə qədər həbsdə saxlaya bilər.

Qeyd edək ki, Durov VK sosial media platformasında müxalif səhifələrin bağlanması tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra platformanı satıb və 2014-cü ildə Rusiyanı tərk edib. Şifrəli mesajlaşma tətbiqi ideyasının Rusiyada ünsiyyət qurmaq üçün bir çıxış yolu olduğunu ortaya atan Durov daha sonra BƏƏ-də Telegram-ı qurub. Rusiya, Fransa və BƏƏ vətəndaşı olan Durovun sərvətinin təxminən 15 milyard dollar olduğu təxmin edilir..

Bir milyarda yaxın istifadəçisi olan Telegram daha çox Rusiya, Ukrayna və keçmiş Sovet respublikalarında istifadə edilir. Facebook, YouTube, WhatsApp, Instagram, TikTok və WeChat-dan sonra ən böyük sosial media platformalarından biridir.

TAHİR







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031