KÖHNƏ VERSİYA            

Putin Bakı səfərini Paşinyanla niyə müzakirə etdi? - Könül alma, ya gizli oyun...

Image

 Abutalıb Səmədov:"Belə bir praktika diplomatiyada geniş yayılıb" 

Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin   açıqlamasında bildirilir ki, 

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub, telefon söhbəti zamanı Rusiya liderinin Azərbaycana səfəri müzakirə edilib. 

“Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Rusiya prezidenti ötən həftə Azərbaycana səfərinin təəssüratları barədə Ermənistanın baş nazirinə məlumat verib və buna görə baş nazir Paşinyan prezident Putinə təşəkkür edib”, - məlumatda belə deyilir.

Ermənistan Nazirlər Kabinetindən onu da bildiriblər ki, Paşinyan gələcəkdə Putinlə ikitərəfli gündəlikdəki məsələləri müzakirə etmək üçün görüşməyə razılaşdığını deyib. Bu xəbəri Ermənistan hökuməti yayıb, amma hələ Rusiyadan reaksiya yoxdur. Putin Bakı səfərinin təəssüratları barədə Paşinyana niyə məlumat verib?

Putinin Paşınyana Bakı səfəri barədə məlumat verməsi nə deməkdir? Putinin Paşinyanla danışması ola bilərmi ki, onun könlünü almaq üçün bir gedişdir? Yəni Paşinyanın könlünü alır ki, o, Qərbə doğru çox qaçmasın. Ya bəlkə elə Paşinyanla Putinin arasında gizli bir oyun var və hələ bunu heç kim bilmir? Bəlkə bu, gizli oyunun elementlərindən biridir ki, sən üzdə Rusiyanın əleyhinə get, Amerikadan da yardım al, amma pərdə arxasında biz öz işimizi birlikdə görəcəyik. Elə Azərbaycana qarşı da, başqalarına qarşı da. Yəni gizli oyunun da ehtimallarını kənara qoymaq olmaz. Bu həm də Paşinyanla Putinin arasında gizli bir oyun ola bilərmi?

"Paşinyan artıq bütün körpüləri yandırıb və burda hər hansı bir oyunun olması ehtimalı da yoxdur"

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov baki-xeber.com-a şərhində bildirdi ki, Putin Bakıda Azərbaycan Prezidenti ilə danışıqlar apararkən sülh sazişinin imzalanması, kommunikasiyaların açılması və digər məsələlər barədə onların arasında müzakirələr oldu. "Bu məsələlər eyni zamanda Ermənistanla bağlı olduğuna görə Putin elə görüşün gedişində dedi ki, Bakıdan geri qayıtdıqdan sonra bu məsələlər barədə Ermənistanın baş naziri Nikol Paşinyana telefonla məlumat verəcək. Ümumiyyətlə, belə bir praktika diplomatiyada geniş yayılıb. Adətən, bu cür danışıqlar apararkən danışıqların digər tərəfinə də zəruri sayılan məlumatlar verilir. Nəzərə alsaq ki, Putin həm kommunikasiyaların açılması, həm delimitasiya və demarkasiya məsələlərində, həm də sülh sazişinin imzalanmasında vasitəçi olmağa çalışır, bu addımın atılması normal qarşılanmalıdır və Azərbaycan Prezidenti də bunu normal qarşıladı. Putinin məqsədi də aydındı. Bu, əvvəlki mövqeyini qaytarmağa cəhd göstərməkdir. Məlumdur ki, Azərbaycan-Ermənistan danışıqları 2020-ci ilin 9-10 noyabrında Putinin vasitəçiliyi ilə bəyanat imzalanması ilə nəticələndi. Ondan sonra 2021-ci ildə Moskvada görüş oldu, kommunikasiyaların açılması ilə bağlı yenə növbəti bəyanat imzalandı, 2021-ci ilin sonlarında Soçidə keçirilən görüşdə delimitasiya və demarkasiya məsələləri müzakirə olundu və yenə də Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalandı. Həmin danışıqlarda Ermənistan və Azərbaycan ikitərəfli delimitasiya komissiyası yaratmaq və Rusiyanın məsləhətçi rolundan faydalanmaq barədə razılığa gəldilər. Qərara alındı ki, ikitərəfli delimitasiya komissiyası yaradılsın və Rusiya da bu işdə məsləhətçi kimi çıxış etsin. Çünki xəritələrin əsli Rusiyanın baş qərargahında mövcuddur. Sonrakı dövrdə - 2022-ci ildən artıq sülh danışıqları başladı, bu danışıqlar əvvəlcə Avropa Birliyinin moderatorlugu, vasitəçiliyi ilə başladı, sonra bu prosesə Vaşinqton da qoşuldu. Məlum Vaşinqton formatı ortaya çıxdı. Rusiya da, əvvəllərdə cəhd göstərməsə də, sıradan sülh sazişinin vasitəçisi kimi çıxış etməyə başladı. 2022-ci ilin sonlarında Soçidə keçirilən sammitdə hətta Rusiya Ermənistanı maksimum qane edən bir layihə ortaya qoydu. Həmin layihənin 15-ci bəndində Qarabağın statusunun gələcəkdə müəyyənləşdirilməsi müddəası var idi ki, bu, erməniləri çox qane edirdi. Pasinyan dəfələrlə israrla xahiş etdi ki, bu təklifdən Rusiya imtina etməsin. Ancaq Soçidə Azərbaycan prezidenti qəti şəkildə Qarabağ məsələsi həll olunub, bu müzakirə olunmayacaq dedi, Rusiya bu qətiyyətin qarşısında geri çəkilmək məcburiyyətində qaldı və layihəni birdəfəlik götürdü, həmin 15-ci bənd dövrüyyədən çıxarıldı. 2023-cu ilin yanvarından başlayaraq artıq Ermənistan Rusiyaya olan bütün ümidlərini itirdiyinə görə antirusiya bəyanatları verməyə başladı. İrəvanda keçirilən KTMT-nin sammitində Ermənistan Azərbaycanla bağlı mövqe bildirməyi tələb etdi, buna KTMT üzvləri razılıq vermədilər və nəticədə Ermənistan yekun sənədi imzalamaqdan imtina etdi. İrəvanda keçirilən KTMT sammiti nəticəsiz başa çatdı. Ondan sonra Ermənistan Rusiya ilə aralarında olan körpüləri yandırmağa başladı və son dərəcədə kəskin və Rusiya üçün xoşagəlməz bəyanatlar verdi"-deyə A.Səmədov bildirdi.

A.Səmədovun sözlərinə görə, Ermənistan KTMT-də fəaliyyətini dayandırdı, maliyyələşdirməkdən imtina etdi, nümayəndəsini təyin etmədi, təlimlərdə iştirak etmir. O vurğuladı ki, Ermənistan ABŞ-la, NATO ilə müəyyən yaxınlaşma istiqamətində addımlar atır və Rusiyanın vasitəçiliyi ilə danışıqlardan açıq şəkildə imtina etdi. "Putinin Paşinyana zəngi, təbiidir ki, bu reallıqları dəyişdirə bilməz. Paşinyan artıq bütün körpüləri yandırıb və burda hər hansı bir oyunun olması ehtimalı da yoxdur. Çünki birincisi, ABŞ-ı aldatmaq o qədər asan deyil, onların texnoloji vasitələri imkan verir ki, Paşinyanla Putin arasında aparılan hətta gizli danışıqları da izləsinlər. İkincisi, hətta oyun olmaq ehtimalını biz mümkün saysaq belə, oyun zamanı körpülər bu qədər yandırılmır. Ermənistan, demək olar ki, geriyə yol qoymayıb. Bundan sonra onun Rusiya ilə yaxınlaşması mümkün deyil. Daha doğrusu, Ermənistanın yaxınlaşması mümkündür, ancaq bu, Paşinyansız baş tuta bilər. Bu səbəbdən də Rusiya bir neçə dəfə onu hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstərdi və bu cəhdlər uğursuz nəticələndi. Bu səbəbdən güman edirəm ki, hər hansı bir oyunun mövcudluğundan söhbət gedə bilməz. Telefon zəngi diplomatik praktikada geniş yayılmış bir vasitədir. Əslinə qalsa, vasitəçi olmaq iddiasında olan dovlət qonşu dövlətlərdən birinə səfər edirsə mütləq digərinə də səfər planlaşdırmalıdır. Hətta Azərbaycan prezidenti Fransa rəsmilərinin, Fransanın yüksək vəzifəli şəxslərinin Ermənistana gəlib Azərbaycana gəlməməsinin yanlış olduğunu dəfələrlə bəyan edib və onlara Fransanın keçmiş prezidenti Ollandın səfərini xatırladıb. O, Ermənistana səfərə gələrkən eyni zamanda Azərbaycana da gəldi. Hətta Azərbaycan Prezidentini gözləmək məcburiyyətində qaldı, çünki bu səfər əvvəlcədən nəzərdə tutulmamışdı.

Bu səbəbdən Putin də Ermənistana səfəri əvvəlcədən planlaşdırmalı idi, təbii, həqiqətən də vasitəçilik etmək istəyirsə. Nəzərə alsaq ki, həm Ermənistanla, həm Azərbaycanla Rusiyanın müttəfiqlik müqaviləsi var. Ancaq yaranmış vəziyyət, Ermənistanın atdığı addımlar, xüsusilə Roma statutuna qoşulması, beynəlxalq cinayət məhkəməsinin Roma statutunu imzalaması Rusiyanı həddindən artıq hiddətləndirdiyinə görə Putin də Ermənistana səfər etmədi və bundan sonra da yəqin ki, uzun müddət etməyəcək, amma qorxduğuna görə yox. Bəziləri iddia edir ki, Ermənistana getsə Putin həbs oluna bilər. Belə bir təhlükə təbiidir ki, yoxdur. Sadəcə olaraq, Ermənistan rəhbərliyinin fəaliyyəti Rusiyanı ciddi şəkildə narahat edir. Ancaq hələlik Ukraynadakı vəziyyət imkan vermir ki, o ikinci cəbhəni açsın və Ermənistanla bağlı tədbirlər görsün. Ancaq hesab edirəm ki, gələn il bu addımlar mütləq atılacaq və Ermənistan-Rusiya münasibətlərindəki bütün suallar Rusiya tərəfindən açıq şəkildə cavablandırılacaq"-deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031