Məktəbli formalarının qiyməti endirildi...
Azərbaycanda yeni tədris ili üçün nəzərdə tutulan məktəbli formaları sabahdan ucuzlaşacaq. Bu barədə Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov KİV-ə açıqlamasında deyib.
O, BTE-nin yeni tədris ilinə tam hazır olduğunu bildirib. Qeyd edib ki, bu il 25 manata satılan şalvar və ətəklər 20 manata salınıb, sabahdan (bu gündən) isə məktəblilərin polo köynəklərinin qiyməti 15 manatdan - 12 manata endiriləcək: "Bu formalara BTE tərəfindən 1 il zəmanət verilir".
ZÜMRÜD