Milli Qəhrəmanlar yad olundu - Lənkəranda...
23 avqust hadisələrinin növbəti ildönümü münasibətilə separatçı qüvvələrə qarşı mübarizədə həlak olmuş Lənkərandan olan Milli Qəhrəmanlar Sultanağa Bayramovun, Paşa Təhməzovun və Etibar Əliyevin xatirəsi anılıb.
Anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (ŞİH) Taleh Qaraşov, ictimai birliklərin, kütləvi informasiya vasitələrinin təmsilçiləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib, Milli Qəhrəmanların büstləri önünə gül dəstələri düzülüb.
İcra başçısı çıxışı zamanı deyib ki, məhz Ümummilli Lider Heydər Əliyevin çağırışı ilə lənkəranlılar ayağa qalxaraq Azərbaycanın ərazi bütövlüyünü parçalamağa cəhd edən separatçı qüvvələri darmadağın etdilər. Lənkəranlıların hər zaman dövlətin və dövlətçiliyin yanında olub, bütün siyasi mərhələlərdə öz prinsipial mövqelərini ortaya qoyublar.
Qəhrəmanların tədbirdə iştirak edən ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Qeyd edək ki, 23 avqust hadisələri zamanı və 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndi ətrafında gedən döyüşlərdə həlak olan Milli Qəhrəmanlarımızın büstləri əsaslı şəkildə yenidən qurulub
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlə Biliyinin üzvü