KÖHNƏ VERSİYA            

Alimlər həyəcan təbilini Bakıya yönəldir - iqlim fəsadları daha təhlükəli olacaq...

Image

İqlim dəyişikliyinin dünya miqyasında yaratdığı fəsadların miqyası sürətlə genişlənir. Aparılan son araşdırmalar göstərir ki, iqlim dəyişikliyi bütün dünyada yağıntı normalarına ciddi təsir edib. Alimlər bildirir ki, yeni hava şəraiti tayfunları və digər tropik fırtınaları gücləndirir.

O da qeyd edilir ki, daha güclü tropik fırtınalar yüksək temperaturun yaratdığı ekstremal hava şəraitinin genişlənən fenomeninin bir hissəsidir. Çin Elmlər Akademiyasında Jang Venksianın başçılıq etdiyi tədqiqatçılar tarixi meteoroloji məlumatları tədqiq ediblər və dünya ərazisinin təxminən 75 faizində yağıntı normalarının dəyişdiyini və ya rütubətli və quru hava arasında daha böyük fərqlərin olduğunu bildiriblər. Tədqiqatçılar “Science” jurnalı tərəfindən dərc olunan məqalədə bildiriblər ki, istiləşmə temperaturları atmosferin rütubəti saxlamaq qabiliyyətini artırıb və bu, yağışlarda daha geniş dalğalanmalara səbəb olur. Yeni Cənubi Uels Universitetinin İqlim Dəyişiklikləri Araşdırma Mərkəzinin alimi Stiven Şervud bildirib ki, Avstraliya da daxil olmaqla əksər yerlərdə dəyişkənlik artıb ki, bu da daha uzunmüddətli yağış və quru dövrlər deməkdir. Onun sözlərinə görə, qlobal istiləşmə davam etdikcə bu, quraqlıq və daşqınların sayını artıracaq. Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi həm də tropik fırtınaların, o cümlədən tayfunların davranışını yenidən formalaşdırır və onları daha az, lakin çox güclü edir. Belə ki, atmosferdə artan yüksək su buxarı daha ekstremal hidroloji hadisələrə səbəb olur. İqlim dəyişikliyi fonunda qlobal istiləşmə regiondan və temperaturun yüksəlməsindən asılı olaraq əsrin sonuna qədər dünya okeanlarında balıq ehtiyatlarını və biokütləni də 10-40 % azaldacaq. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və digər humanitar ixtisaslaşmış qurumlarının “Dəniz ekosistemləri və balıqçılıq üçün iqlim dəyişikliyi riskləri: 2100-cü ilə qədər proqnozlar” adlı illik hesabatında deyilir ki, ilk dəfə olaraq qlobal proqnoz verməyə imkan verən geniş məlumatlar toplanıb və təhlil edilib. Hesabatın müəlliflərindən biri Tarub Bahri qeyd edir: “Biz müxtəlif mənbələrindən alınan məlumatları müqayisə və təhlil etdik, bu da ən dəqiq proqnozlar çıxarmağa imkan verdi”. Tədqiqata görə, 178 ölkədə əsrin sonuna qədər balıq ehtiyatının 10 %, yüksək emissiya şəraitində isə 48-dən çox ölkədə 30 %-ə qədər azalacağı proqnozlaşdırılır. Bahri qeyd edib ki, ərazi faktoruna görə itkilərin səviyyəsi hər bir ölkədə çox fərqli ola bilər. Balıq ehtiyatlarının ən çox azalması riski Çin, Hindistan, İndoneziya, Peru kimi ölkələrdə mövcuddur. Buraya Rusiya və ABŞ də daxildir. 

Bununla yanaşı, iqlim dəyişikliyi insanların səhhətinə də ciddi təsir edəcək. Avropa alimlərinin “Lancet Public Health” nəşrində dərc edilmiş tədqiqatında deyilir ki, Avropada əsrin sonuna qədər istilərlə bağlı ölüm hallarının sayı üç dəfə arta bilər, üstəlik, bu rəqəm ən çox İtaliya, Yunanıstan və İspaniya kimi Cənubi Avropa ölkələrində qeyri-mütənasib şəkildə artacaq. Soyuqlar Avropada istilərlə müqayisədə daha çox ölüm hallarına səbəb olur və bəziləri iddia edirlər ki, iqlim dəyişmələri bu ölümləri azaltmaqla cəmiyyətə fayda verəcək. Lakin araşdırma göstərib ki, ölüm hallarının sayı havanın istiləşməsinə yavaş-yavaş reaksiya verəcək və onlar hətta arta bilər, çünki insanlar təhlükəli temperaturlara qarşı daha həssas olacaqlar. Tədqiqatçılar belə qənaətə gəliblər ki, qlobal istiləşmə fəlakətli 3-4 dərəcəyə çatsa, bununla bağlı ölüm hallarının sayının artması onların soyuqdan azalmasını əhəmiyyətli dərəcədə üstələyəcək. İqlim dəyişmələri ictimai səhiyyə sistemləri üçün, xüsusilə də anomal istilər zamanı görünməmiş problemlər yarada bilər. Birləşmiş Avropa Komissiya Araşdırma Mərkəzinin nümayəndəsi, tədqiqatın həmmüəllifi Devid Qarsiya-Leon bildirib: “Gözlənilir ki, iqlim istiləşdikcə və əhali qocaldıqca, istilərlə bağlı ölüm hallarının sayı daha çox artacaq, eyni zamanda, soyuqlarla əlaqədar onların sayı yalnız cüzi dərəcədə azalacaq”. Temperatur sənaye dövründən əvvəlki səviyyədən 3 dərəcə Selsi yüksələrsə, istilər səbəbindən ildə 129 min insan həlak ola bilər. Bu gün istilərlə bağlı ölüm hallarının sayı Avropada 44 min təşkil edir. Araşdırmada deyilir ki, hətta dünya liderləri qlobal istiləşmə üzrə 1,5 dərəcə Selsi hədəfinə nail olsalar belə, Avropada soyuq və istilər səbəbindən ölüm hallarının sayı bugünkü 407 min nəfərdən 2100-cü ildə 450 min nəfərə çata bilər. Araşdırma bütün qitə boyunca xaos yayan yorucu istilik dalğaları silsiləsi fonunda meydana gəlib. “Wellcome” xeyriyyə təşkilatında İqlim nəticələri və adaptasiya şöbəsinin rəhbəri Madlen Tomsonun sözlərinə görə, bu araşdırma iqlim dəyişməsi ilə mübarizədə kifayət qədər tez bir zamanda tədbir görə bilməyəcəyimiz təqdirdə çoxlu sayda insan həyatının risk altında olacağı barədə sərt xəbərdarlıqdır. Tədqiqatçılar bütün qitə üzrə yüksək və aşağı temperaturlar səbəbindən ölüm hallarının sayını qiymətləndirmək üçün 854 şəhər üzrə məlumatları modelləşdiriblər. Onlar aşkar ediblər ki, istilər Avropanın bütün hissələrində daha çox insan həyatına son qoyacaq, lakin ən ağır yük İspaniya, İtaliya və Yunanıstan kimi Cənubi Avropa ölkələrinə, eləcə də Fransanın bölgələrinə düşəcək. Onlar proqnozlaşdırırlar ki, qeyri-komfort temperaturlarla bağlı ölüm hallarının sayı 13,5% artacaq. Tədqiqatçılar hökumətləri xəstəxanalara sərmayə qoymaq və fəaliyyət planları yaratmaq kimi ölüm hallarının sayının azaldılması üzrə siyasəti nəzərdən keçirməyə çağırıb. Onlar vurğulayıblar ki, ölüm hallarının proqnozlaşdırılan artımı Avropa əhalisinin strukturunda və qitənin iqlimində baş verən dəyişikliklərlə şərtləndirilib. Beləliklə, iqlim dəyişiklikləri insan sağlamlığına, qida məhsullarının istehsalına, yaşayış və iş yerləri, eləcə də təhlükəsizliklə əlaqədar məsələlərə də təsir göstərir.  Onu da qeyd edək ki, buzlaqların əriməsi ilə Yer səthi daha çox Günəş enerjisini udmaqla və istiləş­məni sürətləndirməklə daha az əks etdirir. Buzlaqların əriməsi metan və karbon bu­raxır ki, bu da qlobal temperaturu daha da artırır.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031